Qazaxıstanda Zəfər Günü münasibətilə sərgi təşkil olunub
Yusif Nəzərli
19:15 13.11.2021
Aktual
430
Qazaxıstanın Türkistan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsm sərgisinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Qazaxıstan və Azərbaycan İncəsənət Qalereyasında baş tutan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun, yerli ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən qalereyanın rəhbəri Şəhla Cəfərova və başqaları xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını Azərbaycanın möhtəşəm bayramı münasibətilə təbrik ediblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağı işğaldan azad etməsi böyük tarixi və qürurverici hadisə adlandırılıb.
Sərgidə 67 əsər nümayiş etdirilib. Qalereyanın nəzdindəki rəsm kurslarında təhsil alan qazax, türk, rus və çinli gənclərin müəllifi olduqları əsərlərin əksəriyyəti Azərbaycan mövzusunu əhatə edib.
Tədbir gənc rəssamlara sertifikatların və təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm