
Qərbin israrı: Gürcüstan höküməti geri çəkilmək istəmir
Yusif Nəzərli
13:56 05.05.2024
Aktual
530
Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik davam edir. Bir neçə gündür ki, bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur. Okeanın o tayı və "qoca qitə"dən agent idxalına qarşı gürcü siyasi elitasının "stop qoymaq" qərarına birincilər bu dəfə də emissarları vasitəsilə "azadlıq tələbi" ilə qarşılıq verirlər.
"Məxməri inqilab"dan sonra qonşu Gürcüstanı yenə vətəndaş itaətsizliyinə sürükləyən "azadlıq aşiqləri" əsl niyyətlərini göstərdilər.
Eyni zamanda, Amerikanın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib” mesajı Amerikanın “agent şəbəkəsi" ilə əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür.
Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - “Xarici agentlər” haqqında qanunun qəbulundan imtina edirsiniz, "yaxanızı buraxırıq".
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, sözügedən qanun ilk dəfə keçən əsrdə Amerika Birləşmiş Ştatlarında qəbul edilib:

“Yəni qanunun əsas müəllifi Amerikadır. Amma daha sonra ABŞ digər ölkələrdə bu qanunun qəbul olunmasına etirazlarını bildirdi. Amerika mediası həmin qanunu Rusiya qanunu adlandırır. Gürcüstanda qanunun qəbulundan sonra Amerika tərəfindən sanksiyaların tətbiq olunmasının şahidi olacayıq. Avropa İttifaqı da Gürcüstana qarşı bəzi sərtləşdirmələr həyata keçirəcək. Gürcüstanın Baş naziri isə Amerikanı ölkədə çevrilişə cəhd etməkdə ittiham etdi. Gürcüstan Avropa məkanına inteqrasiya üçün geri addım atmalıdır. Çünki hazırda Gürcüstanın əsas məqsədi Avropa Birliyinə üzv olmaqdır. Amma Gürcüstan höküməti geri çəkilmək istəmir və qanunu qəbul etməkdə israrlıdırlar. Belə olan halda isə Gürcüstanın Avropa məkanına inteqrasiya prosesi ləngiyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm