"Rusiya Brüssel görüşündən öncə yeni sənədin imzalanmasına çalışır" - AKTUAL
Yusif Nəzərli
12:03 25.11.2021
Aktual
560
Siyasi şərhçi, professor Qulu Məhərrəmli noyabrın 26-da prezident İlham Əliyevlə Nikol Paşinyanın Soçidə Rusiya prezidenti ilə görüşündə əsas müzakirə predmetlərinin nədən ibarət olacağını Moderator.az-a şərh edib:
Soçidə 3 ölkənin Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü ərəfəsində müxtəlif proqnozların verilməsi və rəylərin söylənilməsi çox təbiidir. Əlbəttə ki, müxtəlif suallar da var, həmin suallardan ən başlıcası bundan ibarətdir ki, bu görüşdə tərəflər arasında hansısa sənədin imzalanması mümkündürmü və realdırmı? Bununla bağlı nələr gözlənilir?
Düşüncəmə görə proseslərin elə bir məqamıdır ki, iki prinsipial məsələ öndə dayanır. Bunun birincisi sərhədlərin delimentasiya və demarkasiyasıdır. İkinci isə Ermənistan və Azərbaycan arasında komunikasiyaların açılması, bizim Zəngəzur dəhlizi adlandırdığımız xəttin işə düşməsi və buna razılıq verilməsi, bununla bağlı tərəflər arasında müəyyən bir razılığa gəlinməsi əlbəttə ki, aktualdır. Mənim düşüncəmə görə bu da daha çox sərhədlərin delimitasiyası ilə bağlı sənədin imzalanması və yaxud bu barədə hər hansı razılığa gəlinməsi ilə bağlı 10 noyabr birgə bəyannaməsinə uyğun bir sənəd qəbul oluna bilər. Çünki bu görüş ərəfəsində Paşinyanın verdiyi bəyanata diqqət yetirməliyik.
Bəyanatda Paşinyan göstərir ki, biz faktiki olaraq MDB-yə daxil olanda, 1991-ci ildə Azərbaycanla qarşılıqlı olaraq sərhədlərimizi tanımışıq.
Əlavə edir ki, Dağlıq Qarabağ ərazi məsələsi deyil, hüquq məsələsidir. Bunun açması ondan ibarətdir ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənəd imzalanacağı təqdirdə Paşinyan öz əleyhdarlarına belə bir mesaj verir ki, Qarabağın statusu ilə bağlı məsələ Ermənistan üçün bitməyib. Bu bəyanata görə ehtimal edirəm ki, sərhədlərin qarşılıqlı tanınması, delimitasiyası ilə bağlı hansısa bir sənədin imzalanması mümkündür.
Çox güman ki, komunikasiyaların açılması ilə bağlı xoş niyyəti ifadə edən hansısa bir protokol imzalana bilər. Əgər Soçi görüşündə heç bir sənəd imzalanmasa, hesab edirəm ki, bu Rusiyanın indi iddia etdiyi regionda liderlik, yaxud da tərəflər arasında vasitəçilik, moderatorluq etmə iddiasına çox ciddi zərbə vuracaq. Çünki Soçi görüşü Brüssel görüşü ərəfəsində keçirilir.
Həmin görüşdə Qərbin diplomatik imkanlarını məhdudlaşdırmaq, onu sadəcə görüş halına gətirmək üçün Rusiya mütləq belə bir sənədin imzalanmasına nail olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya