Rusiya XİN: Moskva Bakıdan gələn müraciəti diqqətlə araşdırıb

Moskva Bakının Kiyevdəki diplomatik missiya ilə bağlı müraciətini diqqətlə araşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin noyabrın 21-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı bildirib.

"Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-dəqiq işləməsi nəticəsində baş verib",- o qeyd edib.