Rusiyalı politoloq: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır
18:22 02.04.2020
Aktual
527
Azərbaycanda Avropadan fərqli olaraq vəziyyət, o cümlədən epidemioloji durum nəzarət altındadır.
Bunu Trend-ə rusiyalı hərbi-siyasi analitik, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.
Onun sözlərinə görə, karantin əlac deyil, amma bu addım milli səhiyyə sisteminin səfərbər edilməsi, maddi-texniki bazanın yaradılması və resursların təmin olunması üçün vaxt yaradır:
“Avropa İttifaqı üzvlərinin, NATO ölkələrinin antivirus tədbirlərinin əlaqələndirilməsinin mövcud olmaması və milli səhiyyə təşkili sistemində fərqlərlə əlaqədar biz bu ölkələrdə fərqli epidemioloji vəziyyətləri müşahidə edirik. Ona görə də bu gün karantin koronavirusla mübarizə üzrə növbəti addımların hazırlanması üçün müəyyən sabitliyi mühafizə etməyə imkan verən amildir. Rusiyada və Azərbaycanda sovet sanitar-epidemioloji xidmətin əsasları qaldığı üçün bu ölkələrdə vəziyyət Avropadan fərqli olaraq nəzarət altındadır”.
Politoloq bildirib ki, bu gün dünya dəyişməyib, amma beynəlxalq münasibətlərin formalaşmasının landşaftı kəskin dəyişir:
“Müvafiq olaraq, qarşımızda belə bir sual dayanır: Biz bu pandemiyadan necə çıxacağıq? Nə və necə dəyişəcək? Gələcəkdə müsbət və ya mənfi nələr olacaq? Məhz bu suallar siyasi elitaları, ekspertləri, ictimaiyyəti düşündürür”.
A.Tixanski əlavə edib ki, koronavirus pandemiyası və onun gətirdiyi iqtisadi çətinliklər hamını “hər kəs özü üçün” prinsipi ilə fəaliyyət göstərməyə vadar etdi:
“Koronavirus pandemiyası insanın informasiya əsrində nə dərəcədə həssas olduğunu nümayiş etdirdi. Çünki milyonlarla insanın əsas informasiya mənbəyi olan KİV-lər pandemiyanı müşayiət edən psixo-sosial isteriyanın əsas daşıyıcılarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə