“Sağlam əsgər xəstə oldu” - Hərbi ekspert günahkarları işarə edir

Minlərlə hərbçinin olduğu hissədə vərəm xəstəsi varsa, günahkar aşkarlanmalıdır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçən əsgər Coşqun Zülfüqar oğlu Sadıqovun vəfatı suallar doğurub. Cəmi 10 gündür hərbi xidmətə başlayan əsgərin ölümünə nə səbəb ola bilərdi? Qeyd edək ki, səhhətində problem yaranmış əsgər Coşqun Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib.

“Sherg.az” xəbər verir ki, ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev Coşqun Sadıqovun vərəm xəstəsi olduğunu bildirib: 

- Təsdiqləməyən məlumata görə Coşqunun atası yoxdur. Özü də vərəm xəstəsi olub. Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir. Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır. 

Qeyd eədk ki, vəfat etmiş əsgər Masallı rayonunun Qızılağac kəndində dəfn edilib. Allah rəhmət eləsin, valideynlərinə səbr versin.