Sahibkardan Prezidentə : Sizin qərarlarınız bütün iş adamlarının rəğbətinə səbəb oldu
17:20 26.04.2020
Aktual
594
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Sherg.az Bakı şəhərindən olan sahibkar Vüqar Əsədovun məktubunu təqdim edir:
"Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyada yaratdığı makroiqtisadi problemlər və bu problemlərin dünya ölkələrinin iqtisadiyyatında və digər sahələrdə səbəb olduğu mənfi təsirlər hamıya məlumdur. Lakin bu çətin durumda Sizin xalqın önündə gedərək daim onunla birlikdə olmağınız, ölkəmizdə maddi yardıma ehtiyacı olan hər bir vətəndaşı nəzərə almaqla iri şirkətlərin də bu mənfi təsirlərdən ziyansız ötüşməsi istiqamətində atılan addımlar bizdə dövlətimizin və xalqımızın bu çətin vəziyyətdən üzüağ çıxacağına inamı daha da artırıb. Sizin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınız və həmin Sərəncamın icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ölkəmizin bütün iş adamlarının və sahibkarlarının rəğbətinə səbəb oldu. Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara, o cümlədən "Prometal" MMC-yə göstərilən maddi və mənəvi dəstəyə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya