Şanlı tarix: Zəfər yolundan Azərbaycana gələn əcnəbilər də istifadə edəcəklər
10:50 09.11.2021
Aktual
671
“Zəfər Günü Azərbaycanın tarix səhifələrinə qızıl hərflərlə yazıldı”.
Bunu Sherg.az.a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloq qeyd edib ki, bu günlər Azərbaycan tarixində unudulmaz izlər buraxdı: “Tarixə nəzər yetirən hər kəs bu səhifələri görəcək. Cəmi 44 gündə bu qədər ərazini az itki verməklə, necə azad edildiyi hər zaman heyranlıq yaradacaq. Bu həqiqət Prezidentin təcrübəli strategiyası, Azərbaycan xalqının əzmkarlığı və igidlərin qəhrəmanlığı nəticəsində oldu. Müharibə ərəfəsində olan təzyiqlər, təxribatlar, ajiotajlar bizi sındıra bilmədi. Azərbaycan beynəlxalq hüququn özün müdafiə qanuna istinad edərək ərazi bütövlüyünü bərpa etdi. 30 illik status-kvonu birdəfəlik dəyişdi. Ermənistanın dilinə gətirdiyi status məsələsini də Azərbaycan birmənalı olaraq təkzib edərək, bunun xülyadan başqa bir şey olmadığını bəyan elədi”.
E.Vəliyev qeyd edib ki, Prezidentin Zəfər Günündə Zəfər yolunun açılışını etməsi də əlamətdar hadisədir:
“Bu yol Zəfər aparan yoldur. Azərbaycana gələn əcnəbilər də bu yoldan istifadə edəcəklər və bu yolun niyə Zəfər yolu adlandırdığını biləcəklər. Bu yolun böyük zəfərə, qələbəyə apardığını, 30 illik hicrana son qoyduğunu öyrənəcəklər. Dünya belə bir möhtəşəm qələbənin şahidi oldu. Fəxr edirəm ki, bu qələbəni mən də yaşadım. Bu vüsala yetmək üçün neçə-neçə arzusu nakam qalanlar var idi! Artıq biz gələcək illərdə çiçəklənən Qarabağı görəcəyik. Nəinki biz, dünya bunun şahidi olacaq. Azərbaycanın paxıllığını çəkənlər isə sinələri dərdli kimi yaşayacaqlar. Buna heç şübhəm yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol