Şərait olsa, iki dəfə qəbul imtahanı olacaq, olmasa... - Məleykə Abbaszadə
13:11 21.04.2020
Aktual
461
"Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da onlayn, yoxsa oflayn keçirilməsi müzakirə olunur"
Məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, imtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq: "Sənəd qəbulunu indi elan etsək, kimin kompüteri var o, qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq".
M.Abbaszadə həmçinin bildirib ki, onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır.
"Bu imtahanlarda tək onlayn yox, oflayn imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik", - deyən Abbaszadə vurğulayıb ki, hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqi gözlənilir.
Məhz bundan sonra ixtisas seçimi mərhələsinə başlanacaq.
"Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da onlayn, yoxsa oflayn keçirilməsi müzakirə olunur", - deyə o əlavə edib.
M.Abbaszadə qəbul imtahanlarının keçiriləcəyi formatdan danışıb.
O bildirib ki, qəbul imtahanlarının keçirildiyi format sual altındadır. Çünki bu da sanitar-gigiyenik qaydalara uyğun keçirilməlidir.
Mətbuat konfransında imtahan ödənişi ilə bağlı məsələyə də toxunulub.
Belə ki, DİM sədri bildirib ki, imtahanların ödənişli olması ilə bağlı məsələni dövlət tənzimləyir.
Onun sözlərinə görə, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək. Əks təqdirdə, bir dəfə qəbul imtahanı keçiriləcək:
"Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya