Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir fəaliyyətində və sənəd imzalama prosesində iştirak etmir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT daxilindəki heç bir prosedura və sənəd qəbulu prosesinə qatılmır.
Qeyd edək ki, İrəvan təşkilatdakı iştirakını "suverenliyə təhdid" səbəbindən dondurub.