Sosial şəbəkələrin beyinə təsirləri: “Aqressiya və depressiya yaradır”
Fidan Həmişəyeva
12:09 14.09.2020
Aktual
1925
Türkiyəli uzman Alptekin Çetin sosial şəbəkələrin insan beyninə təsirləri barədə araşdırma aparıb. O bildirib ki, "Facebook"dan mütəmadi istifadə beynin badamcıq sahəsinə təsir edir:
“ “Facebook”dan intensiv istifadə edən insanlarda psixoaktiv maddələrdən asılı olan xəstələrdə olduğu kimi, beynin badamcıq sahəsində boz beyin materialının həcminin azalması müşahidə edilib.
Yaddaş problemləri, unutqanlıq, düşünmə qabiliyyətinin itirilməsi kimi klinik nəticələr gündəlik həyata mənfi təsir göstərə bilər. İnsanın kompüter və ya smartfon arxasında gününün çox hissəsini sosial media hesablarında keçirmə istəyi çoxdur. İnsan bu istəyinə qarşı çıxa bilmirsə, həyatı üçün təhlükəli olan alüdəçiliklə üz-üzə qalır. Sağlamlığı risk altına düşür”.
Sosial şəbəkələrin insan şüuraltına və psixologiyasına təsirləri barədə “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı insan xislətində asılılıq olduğunu bildirib. Psixoloq qeyd edib ki, sosial şəbəkələr çox adamda asılılıq yaradır:
“Çünki həyatımızı, işimizi, hətta şəxsi həyatımızı belə sosial şəbəkələrdə qururuq. Bütün bunlar da bizdə asılılıq yaradır. Çox maraqlıdır ki, ətrafımızda olanlar da bizdən umur və söyləyirlər ki, “mesaj yazdım, zəng elədim niyə cavab vermirsən?”. Məhz bu fakt da bizi sosial şəbəkələrə bağlayır. Ən son xəbərləri, gündəmi bu platformadan alırıq. Ona görə də sosial şəbəkələrə bağlılıq yaranır”.
F.Mehmanqızı vurğulayıb ki, informasiyanın sürətlə yayılması, Feysbuk səhifəmizdə mənfi və müsbət xəbərlərin ard-arda gəlməsi, beynin bir neçə məlumatı anidən alması təbii ki, beyində yorğunluğa səbəb ola bilir:
“Amma sosial şəbəkələrin beyin kiçilməsinə şərait yaratdığı fizioloji hadisələrdir. Bu haqda ciddi bir məlumata da rast gəlməmişəm. Sosial şəbəkələr psixologiyamıza təsir edir. Bir də görürsən ki, əhval-ruhiyyəmiz yaxşı olduğunda bəd xəbər eşidirik.
Təbii ki, bu, insan psixologiyasına mənfi təsir göstərir. İnsanda aqressivlik, samativ depressiya yaranır. Lakin insan beyni alışqanlığa meyillidir.
Ona görə belə yaşamağa alışmışıq. Beynimiz mənfi və müsbət informasiyaları eyni anda qəbul edib, analiz etməyə və rəy verməyə məruz qalır. Gündəmi təqib etmək üçün beyin sürətlə düşünməyə məcburdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə