“Sürücü yazıq nə etsin ki?” - Nəqliyyat eksperti sərnişinlərə səsləndi
Banuçiçək Kalbalıyeva
13:09 02.04.2020
Aktual
721
İnsanlarıın ən çox istifadə etdikləri nəqliyyat vasitələri sərnişindaşıma avtobuslarıdır. Karantin rejimi dövründə də avtobus salonları yenə sərnişinlərlə doludur.
Deməli, xüsusi rejimin tələblərinə nə sürücülər əməl edir, nə də sərnişinlər. İnsanların bir-birilərindən 2 metr məsafə saxlamasından isə, ümumiyyətlə söhbət gedə bilməz. Niyə tələblərə əməl olunmur? Nə üçün insanlar özlərinin və ətrafdakıların sağlamlığını təhlükəyə atırlar? Günah növbəti nəqliyyat vasitəsini gözləməyə səbri çatmayan sərnişində, yoxsa sərnişin sayı üçün müəyyən olunmuş normanı pozan sürücüdədir?
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az”a açıqlamasında karantin rejimində bütün avtobusların ləğv edilməsinin çətin olduğunu deyib:
“Elə peşə sahibləri var ki, onlar fəaliyyətlərinə davam edirlər və işə avtobuslarla gedirlər. Yəni avtobusların ləğv olunması düzgün deyil. Sadəcə nəqliyyat hərəkətliliyini nəzərə almaq və yalnız xüsusi marşrut xətləri üzrə avtobusları istifadəyə vermək lazımdır. İkinci bir variant kimi isə müəssisələrin öz avtobusları ilə işçiləri daşımasını təklif edə bilərəm. Nəzərə almaq lazımdır ki, heç də hər kəsin şəxsi maşını yoxdur”.
F. Eyyubov düşünür ki, karantin rejiminin pozulmasında bütün təqsir sərnişinlərin öhdəsinə düşür:
“Sürücü yazıq nə etsin ki? Bütün günü xəbərdarlıqlar olunur ki, qaydalara əməl etmək lazımdır. Sərnişin özü məsuliyyətini başa düşməlidir. Bakı Nəqliyyat Agentliyini, Dövlət Yol Polisini də qınamaq olmaz. Onların da işi çoxdur, gücləndirilmiş rejimdə çalışırlar. Bəlkə, sürücülər də sərnişinlərə xəbərdarlıqlar edirlər. Amma sərnişin özü məsələnin ciddiliyini başa düşməyəndən sonra bütün bunların heç bir əhəmiyyəti olmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə