Tbilisidə Vətən müharibəsinə dair tədbir keçirildi
Yusif Nəzərli
07:30 03.11.2021
Aktual
1269
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinin ildönümünə həsr olunmuş “Vətən Bağı Xarıbülbül” adlı tədbir keçirilib.
Marneulidəki Qrinviç Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, tələbələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Sherg.az" xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Gənclər Dostluğu Beynəlxalq Təşkilatı”nın sədri Güllü Alıyeva tədbirin məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi Gürcüstanda yaşayan soydaşlarımızın da böyük sevincinə səbəb olub. Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsindəki Qələbənin ildönümünü qeyd etməklə bu sevinci bölüşmək olub.
Qrinviç Təhsil Mərkəzinin direktoru Anna Allahverdiyeva çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətini qeyd edib, gənclərin iştirakı ilə bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanda yaşayan soydaşlarımızın dəstəyini xüsusi qeyd edib. Bildirib ki, bu Qələbənin əldə olunması ilə regionda yeni siyasi proseslər başlayıb.
Diplomat Azərbaycan və Türkiyənin regiondakı proseslərə təsiri, Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun faydaları barədə danışıb, gənclərin bu barədə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.
Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yüksel Kara, Yunus Əmrə Universitetinin Tbilisidəki müdiri Ali Oğuzxan Yüksel, Marneuli bələdiyyəsinin mojaritar deputatı Rövşən İskəndərov, aktiv gənclərdən Leyla Əmrahova və başqaları çıxış edib, Vətən müharibəsindəki parlaq Qələbənin regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında, möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib, gənclər Vətənə, torpağa həsr olunmuş şeir söyləyib, mahnılar oxunub, musiqilər səsləndirilib.
Muzeydə gənclərin və muzeyin nəzdindəki rəsm dərnəyinin şagirdlərinin Vətən müharibəsi barədə rəsmləri nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol