TƏBİB: İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər
07:16 02.04.2020
Aktual
527
İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər və başa düşməlidirlər ki, hər bir məsuliyyətsiz davranış öz həyatının və ətrafının riskə atılması deməkdir.
Bunu Trend-ə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, xəstəlikdən qorunmaq üçün hələ ki peyvənd hazırlanmayıb. Virusun müalicəsi olmadığından xəstəliyin yalnız simptomatik müalicəsi aparılır.
Dünyada koronavirusa yoluxanlarının sayının getdikcə artdığını deyən V.Əliyev qeyd edib ki, artıq martın 12-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi pandemiya elan edib. ÜST xəstəliyə nəzarət üçün bütün ölkələrdə qeydə alınmış xəstələrin saylarını qeyd edir.
Azərbaycanda da yoluxma hallarının getdikcə artdığını söyləyən V.Əliyev insanları karantin tədbirlərinə əməl etməyə çağırıb.
Onun sözlərinə görə, xəstəliyə yoluxmuş yaşlı insanlarda ölüm riski daha yüksəkdir. Bədən müqaviməti zəif olan insanlarda isə bu xəstəlik daha ağır formada keçir:
“Koronavirus ciddi pnevmoniya yaratdığı üçün insanların ölümünə səbəb olur. Koronavirusun əlamətləri qripə bənzərdir. Bu zaman insanda burun axıntısı, boğaz ağrısı, öskürək, halsızlıq, yüksək bədən temperaturu, əzələ ağrısı müşahidə edilir. Lakin sadalanan əlamatlərin olması koronavirusun olması anlamına gəlmir. Çünki yuxarı tənəffüs yollarına səbəb olan bir çox viruslar var ki, onlara yoluxma zamanı da belə hallar müşahidə edilə bilər. Koronavirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Şəxs xəstə insanla təmasda olubsa, mütləq 14 gün ərzində müşahidə altında olmalıdır.
İnkubasiya dövrünün 14 gün olması nəzərə alınarsa, 1 gün ərzində bu əlamətlərin olmaması koronavirusun olmadığını inkar etmir”.
V.Əliyev insanların gigiyenik tələblərə əməl etməsinin vacibliyini bildirib:
“Əllər mütləq şəkildə tez-tez yuyulmalıdır. Asqırma zamanı insanlar dəsmala, dəsmal olmadıqda isə qoluna asqırmalıdır. Çünki ələ asqırdıqda virusla zəngin ağız möhtəviyyatı ələ keçə, ordan isə insanın toxunduğu başqa əşyalara və insanlara yoluxa bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət