
Təxribatın PƏRDƏARXASI: Oxlar Rusiyanı göstərir - “Ermənistanı masaya əyləşdirmək mümkündür, ancaq...”
Yusif Nəzərli
12:24 18.11.2021
Aktual
731
Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik keçirilən brifinqdə Azərbaycanla Ermənistanı sərhədlərin delimitasiyası prosesinə başlamağa çağırıb. O bildirib ki, Rusiya Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası prosesinin mümkün qədər tez başlamasını vacib hesab edir:
“Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasının və sonradan demarkasiyasının, habelə Rusiyanın əvvəllər təqdim edilmiş təklifləri əsasında müvafiq komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir".
Nəzərə alsaq ki,Azərbaycan tərəfi indiyə qədər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə başlamağının əleyhinə olmayıb rəsmi Moskvanın belə ikitərəfli çağırışı təəccüb doğurur. Bu çağırışda Rusiyanın səmimiyyətinə inanmaq olarmı?
Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev vurğulayıb ki, rəsmi Moskva səmimi davransa idi, indiyə qədərki proseslər baş verməzdi:
“Atəşin kəsilməsi və 10 noyabr sazişi ilə bağlı olan məsələlərdə Rusiyanın hakim rolunu bilirik. Rəsmi Moskva bu proseslərdə yaxından iştirak edib. Buna baxmayaraq Kremlin gözü qarşısında Ermənistan dəfələrlə təxribat törədib. O da susub. Halbuki bunun qarşısını almaq kimi bir öhdəliyi var idi. Digər tərəfdən Ermənistanın müdafiə naziri əlini, qolunu sallayaraq Qarabağ ərazisinə gedir. Və indiyə qədər ordan çıxarılmalı olan erməni silahlıları ilə görüşür, onların mövqelərinə baxır.Hərçənd ki,erməni silahlıları ordan çıxmalı idi. Rusiya buna “göz yumdu”.Onların gözü önündə erməni terrorçu gəlib Azərbaycan əsgərinə qumbara atır, onlarsa, terrorçunu tutub təkrar Ermənistana təhvil verirlər.Bu siyahını xeyli artırmaq mümkündür”.

Partiya sədri bu hadisələrdən sonra Rusiyanın çağırışında başlıca olaraq iki məqsədin olduğunu bildirib:
“Birincisi rus sülhməramlıların buna aidiyyəti olmadığını göstərməkdir. Digər tərəfdən özünün sülhpərvər olduğunu, tərəfləri ortaq nöqtəyə gətirmək istədiyini bəlli etməyə çalışır. Xatırladım ki, rəsmi Moskvanın bu çağırışı Avropa İttifaqı tərəfindən bizim ölkə başçısına edilən telefon zəngindən sonra baş verdi. Rusiya cəld ortalığa düşüb məsələyə belə münasibət bildirməklə tərəflər arasında yalnız özünün hakim rolunda iştirak edə biləcəyini göstərməyə çalışdı. Bütün amillər onu göstərir ki, prosesdə Rusiyanın izi var. Rəsmi Moskva həqiqətən bu məsələnin həll olmasını istəyirsə, Putinin də dediyi kimi onlarda sərhədlərlə bağlı xəritələr varsa, niyə delimitasiya və demarkasiya prosesi bu qədər yubadılır? Birmənalı şəkildə rəsmi İrəvanı masaya əyləşdirmək mümkündür. Amma Rusiya tərəfi buna cəhd etmir”.
F.Quliyev bu məqamda rəsmi Moskvanın çağırışındakı səmimiyyətin müzakirə mövzusu belə ola bilməyəcəyini diqqətə çatdırıb:
“Azərbaycan bu dönəmdə yenə öz soyuqqanlı, qətiyyətli davranışını davam etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm