"Uğurlu idarəçilik üçün iki əsas məqam çox vacibdir" - Fazil Mustafa təkliflərini verdi
Banuçiçək Kalbalıyeva
13:50 03.05.2020
Aktual
763
"Məsələ kadr seçimindədir. Kadrlar düzgün işləməlidir ki, idarəçilikdə problem olmasın".
Bu sözləri Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə islahatlarını, baş prokuror dəyişikliyini və həmçinin icra başçılarının həbsini "Sherg.az"a şərh edən millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin fəaliyyəti də ciddi diqqət və nəzarət tələb edir: "Uğurlu idarəçilik üçün iki əsas məqam çox vacibdir: düzgün kadr seçimi və prinsiplərin hamıya aydın olması. Dövlət başçısı öz prinsiplərini bütün məmurlara deyib. Qalır, onların tapşırıqlara əməl etməsi. Bəzən məmurlar vətəndaşları incidirlər. Vətəndaş da məhkəməyə müraciət edir. Əgər məhkəmə hakimiyyətində də qüsurlar varsa, şəffaflıqdan söhbət getmirsə, vətəndaşın ümid yeri qalmır. Ona görə də lazım gəldiyi hallarda, məhkəmə hakimiyyətində islahatlar aparılmalıdır. Şəffaflıq yaradıldıqdan sonra vətəndaşlar islahatların aparıcı qüvvəsinə çevrilə bilərlər".
Millət vəkili, həmçinin vurğulayıb ki, dövlət başçısı öz vətəndaşlıq mövqeyi ilə hər kəsə nümunə olur:
"Artıq idarəçilik üslubu dəyişib. Hər şey camaatın gözü qarşısında olur. Tanınmayan, bilinməyən adamlar vəzifəyə təyin edilmir. Prezidentin son günlər qəbul etdiyi qərarlar da onun insanlara olan qayğısından xəbər verir. Belə ki, dövlət başçısı fövqəladə hallarda belə vətəndaşlara qayğını unutmur, onları diqqətdə saxlayır. Bu, məmurlar üçün nümunə olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol