UNEC-in tələbəsi: Sizə, hər zaman xalqınızın yanında olduğunuz üçün, bütün gənclər adından təşəkkürümü bildirirəm
16:42 22.04.2020
Aktual
576
"Cənab Prezident, əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək".
Bu fikir Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyevin Prezident İlham Əliyevə məktubunda yer alıb.
Məktubda deyilir: “Möhtərəm cənab Prezident, mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcəkdir. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı cənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir. Cənab Prezident, Sizə, hər zaman xalqınızın yanında olduğunuz üçün, bütün gənclər adından təşəkkürümü bildirirəm. Var olun! Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya