Uşaq qatili Ermənistanın iç üzü açılmalıdır
Yusif Nəzərli
12:03 04.11.2021
Aktual
816
Seymur Verdizadə: “Birinci Qarabağ müharibəsində əzizlərini itirmiş xeyli insanlar var”
Respublikanın Baş Prokuroru Kamran Əliyev Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 150-dən çox şəxsin kimliyinin müəyyən edildiyini deyib. Onun sözlərinə görə, bir qisim məzarın tapılmasında Ermənistan tərəfinin iştirakı olub, lakin əsas yük aidiyyəti qurumlarımızın üzərindədir: “Bu istiqamətdə müxtəlif ölkələrin qurumları ilə əməkdaşlıq edirik. Rusiya Prokurorluğu da bu istiqamətdə Ermənistan tərəfi ilə danışıq aparır. Hesab edirəm ki, fəaliyyətimizi davam etdirməliyik”.
Baş prokuror vurğulayıb ki, ermənilər və Ermənistanın siyasi rəhbərliyi 30 illik işğal dövründə törətdiyi cinayətlərə görə də konkret cavabdehlik daşımalıdır: “Bu istiqamətdə aidiyyəti qurumlarla birgə işlərimiz davam etdirilir. Bilirsiz ki, ölkə rəhbərliyinin tapşırığı əsasında Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddialar qaldırıb. Artıq məhkəməyə sübutlar təqdim edilib. Kifayət qədər sübutlarımız və hüquqi əsaslandırmamız var. Hazırda Azərbaycanın şikayətləri baxılma mərhələsindədir”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə vurğulayıb ki, şəxsən tanıdığı adamların arasında Birinci Qarabağ müharibəsində əzizlərini itirmiş xeyli insanlar var.
Ekspert vurğulayıb ki, hazırda itkin sayılan soydaşlarımızın bir qismi hərbi əməliyyatlar zamanı itkin düşsə də, digər qismi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb:
“İkinci kateqoriyaya daxil olanlar dinc insanlardır və təcavüz nəticəsində dəhşətli aqibətlə üzləşiblər. Onların arasında qadın və uşaqlar da var. Uşaq qatili olan Ermənistan uzun illərdir onları qaytarmaqdan imtina edir. Bəlkə də bir çoxu qətlə yetirilib, ya da işgəncələrə, aclığa, susuzluğa dözməyərək ölüblər. Bu faktların açılması Ermənistanın ifşası, iç üzünün açılması deməkdir. Əminəm ki, bundan ehtiyatlandıqları üçün itkin düşmüş azərbaycanlılarla bağlı problemin gündəmə gətirilməsində maraqlı deyillər”.
S.Verdizadə bildirib ki, Ermənistan 20-ci əsrdə bəşəri cinayət törədib: “Günahsız azərbaycanlıların öldürülməsi və ya gizli həbsxanalarda saxlanılması bu cinayətin tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, ələlxüsus da insan hüquq və azadlıqları ilə məşğul olan təşkilatlar bu cinayətlərə göz yummamalıdırlar. Hesab edirəm, Azərbaycan tərəfi bu məsələdə sonadək prinsipiallıq göstərməlidir. Ermənistanın günahsız azərbaycanlılara qarşı qətliam törədən siyasi və hərbi rəhbərliyi bir-bir müəyyənləşdirilib məsuliyyətə cəlb olunmalıdır. Əgər Paşinyan və tərəfdarları münasibətlərin normallaşmasını istəyirlərsə, Azərbaycan üçün xüsusi önəm kəsb edən bu məsələdə həssaslıq nümayiş etdirməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə