Vahid Əhmədov: “İşsizlərin sayı ilə bağlı prezidentə yalan məlumat verilib”
12:39 19.04.2020
Aktual
591
Prezident İlham Əliyev videokonfrans rejimində keçirdiyi müşavirə zamanı birdəfəlik ödəmə ilə bağlı e-sosial.az saytına müraciət edən işsizlərin sayının kəskin artdığını deyib və araşdırılmasını tapşırıb.
"Mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.
Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin İqtisdi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ümumiyyətlə Azərbaycandakı statistik rəqəmlərin bəzisi dəqiq deyil:
"Son siyahıyaalma zamanı da göründü ki, bir çox evlərə gedilmədi, dəqiqəşdirmə aparılmadı. O cümlədən də cənab Prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil. 190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu çox ciddi problemdir və bunu araşdırmaq lazımdır. Cənab Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır. Necə yəni işsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, cənab Prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu, indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz”.
V.Əhmədov qeyd edib ki, yalan informasiya verənlər mütləq cəzalandırılmalıdır:
"Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə çoxdur? Yalan informasiyalarla hara qədər getmək olar?! Düzgün məlumat vermək lazımdır ki, cənab Prezident mövcud vəziyyəti analiz edə bilsin. Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra Hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya