"Vahid jurnalist vəsiqələri olsa, saxtakarların meydanı daralar" - Elçin Mirzəbəyli
Banuçiçək Kalbalıyeva
12:19 01.05.2020
Aktual
959
Məlum olduğu ki, karantin rejimində peşə sahiblərinin, o cümlədən jurnalistlərin sərbəst hərəkətinə icazə verilib. Bununla əlaqədar olaraq, deyəsən, son vaxtlar çoxları "jurnalist olmaq" eşqinə düşüblər. Belə ki, Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib.
Həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər.
Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da sonradan karantin qaydalarını pozduğunu etiraf edib.
Bu, o deməkdir ki, belə şəxslər öz əməlləri ilə təkcə qanunu pozmur, həm media nümayəndələrinin əməyinə kölgə salırlar.
Məsələ ilə bağlı "Sherg.az"a münasibət bildirən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu insanların məsuliyyətə cəlb olunmasını tələb edir:
"Saxta sənəd hazırlamaq cinayət əməli törətmək üçün vasitədir. Həmin adamlar medianın imicinə zərbə vurmurlar. Bunu bacarmazlar. Həm də kiminsə saxtakarlıq əməlinə görə media məsuliyyət daşımır. Amma onlar özlərini, gələcəklərini təhlükə altına salırlar. Maarifləndirmə, ya da ictimai qınaqla belələrini tutduqları yoldan çəkindirmək olmaz. Yeganə çarə hüquqi tənzimlənmədir. Yəni əməli törədən ona adekvat formada məsuliyyətə cəlb olunmalıdır".
E. Mirzəbəyli problemin həlli yolundan da danışdı: "Vahid jurnalist vəsiqələri olmalıdır. Bu halda saxtakarların meydanı daralar. Həm də reketçilərin sayı azalar. Avropada belə təcrübə var. İnanıram ki, biz də tətbiq edə bilərik və etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya