VIII Qlobal Bakı Forumu Kolumbiya mətbuatında işıqlandırılıb
02:48 07.11.2021
Aktual
700
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında tanınmış jurnalist Roberto Trobaxonun 4-6 noyabr tarixlərində ölkəmizdə keçirilməkdə olan VIII Beynəlxalq Bakı Forumu haqda “Azərbaycan hamı ilə birgə, hamıya görə və hamı naminə” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumunun budəfəki toplantısının hazırda ən aktual və vacib önəm daşıyan COVID-19 pandemiyasının yaratdığı çağırışlara həsr olunduğu və 40-dan çox ölkədən olan 300-ə qədər yüksək səviyyəli nümayəndənin iştirakı ilə baş tutduğu məlumat verilir və tədbirin Roma Papası Fransisk, Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesus və bir sıra dövlət və hökumət başçıları tərəfindən təqdir olunduğu bildirilir.
Azərbaycanın, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya ilə mübarizə sahəsində önəmli fəallıq nümayiş etdirdiyini, bu xüsusda hərəkatın sədri qismində irəli sürdüyü təşəbbüs nəticəsində COVID-19 əleyhinə peyvəndlərə bərabər əlçatanlığın təmin edilməsi üzrə qətnamənin qəbul olunduğunu bildirən müəllif, bundan əlavə ÜMS-ə, eləcə də ayrı-ayrı ölkələrə maliyyə və humanitar yardımlar göstərdiyi və bəzi ölkələri peyvəndlə təmin etdiyini vurğulayır.
Yazıda, həmçinin Azərbaycanın tədbirdə COVID-19-dan sonra yaranan yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, sülh, təhlükəsizlik və insan hüquqları, iqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması, peyvəndlənmə, qida təhlükəsizliyinin təşviqi kimi mövzuları müzakirəyə çıxarmasının, habelə gənclərə də xüsusi yer verməsinin ölkəmizin qlobal həmrəyliyi artırmaq naminə bütün səyləri birləşdirmək üçün çalışdığının göstəricisi olduğu deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət