"Xalqımız üçün göstərdiyiniz fədakarlıq bir gənc olaraq məni qürurlandırır" - Məcburi köçkün Prezidentə uğurlar dilədi
18:20 26.04.2020
Aktual
578
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Sherg.az həmin məktublardan bəzilərini təqdim edir.
Məcburi köçkün Rüfət Salmanzadə yazır:
“Hörmətli cənab Prezident, dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanmış sabitlik adasıdır. Dünyanı bürüyən koronavirus bəlası insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq ciddi imtahan qarşısındadır. Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz siyasət, etdiyiniz müraciətlər, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün aparılan işlər biz gənclər tərəfindən yüksək qiymətləndirilir. Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi qəbul olunur. Siz pandemiya ilə mübarizədə bütün ölkələrdən tez addım atdınız, məktəbləri, sərhədləri vaxtında bağladınız və bununla da virusun Azərbaycanda yayılmasının qarşısını aldınız. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni qürurlandırır. Azərbaycan böyüklüyündə bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya