Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın xəbərinə görə, Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailə, 253 nəfər köçürülüb.