YAP rəsmisi: "Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar"
Fidan Həmişəyeva
10:13 06.12.2019
Aktual
637
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi kampaniyasına insanlar öz təşəbbüsləri ilə dəstək verirlər".
Sherg.az bildirir ki, bunu Müşfiqabadda keçirilən ağacəkmə aksiyasında iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
Bu təşəbbüsü Azərbaycan ekologiyasının qorunması üçün gözəl layihələrdən biri sayan S.Novruzov kampaniyaya böyük məmnuniyyətlə qoşulduqlarını söyləyib:
"Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Bu kampaniyada 70-dən artıq rayonda sayı 300 nəfərdən az olmayan YAP üzvü iştirak edir. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Onlar ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".
S.Novruzov əlavə edib ki, ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir:
"Bizim yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllığın artırılması üçün aparılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm