YAP rəsmisi:“Yoluxma halları laqeydliklər səbəbindən artır"
Turan
10:21 05.04.2020
Aktual
1310
“İnsanlar nə qədər ehtiyatlı olsalar, özlərini, ətraflarını qorusalar və karantin rejiminə əməl etsələr, biz bu problemin öhdəsindən gələcəyik”
"İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, insanların vaxtında məlumatlandırılması, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə əməkdaşlıq edilməsi pandemiyanın daha çox yayılmasının qarşısını almaq məqsədi daşıyır".
Bunu "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP rəsmisi bəyan edib ki, koronavirus dünyaya yad bir xəstəlikdir:
"Bu virusla mübarizə üsulları hələ indi dünyaya bəlli olur. Dünyadakı elmi mərkəzlər hazırda bu işlə məşğuldur. Ən inkişaf etmiş ölkələr belə virus qarşısında çox aciz qalıblar. Həmin ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət fərqlidir. Lakin bizim problemimiz insanların həddindən artıq laqeyd olmasıdır. Neçə adam mənimlə söhbətində deyib ki, virus boş şeydir. Yoluxma halları məhz bu cür laqeydliklər səbəbiylə artır".
S.Orucov bəyan edub ki, testlərin kütləvi istehsalına yeni başlanılıb:
"Ona görə də bu iş tədricən həyata keçirilir. Qısa müddət ərzində problemin altından qalxmaq üçün bütün zəruri addımlar atılıb. Pandemiya sadəcə Azərbaycana aid deyil. Bütün dünya bundan əziyyət çəkir. İnsanlar nə qədər ehtiyatlı olsalar, ilk növbədə özlərini, daha sonra ətraflarını qorusalar və karantin rejiminə əməl etsələr, biz bu problemin öhdəsindən gələcəyik. Dövlət çalışır ki, bütün işlərə nəzarət olsun. Hökümət tərəfindən önəmli addımlar atılıb. Həkimlərimiz və polislərimiz də fədakarcasına çalışırlar. Dövlət qurumları vahid formada mübarizə aparır. Azərbaycan yeganə dövlətdir ki, bu qədər genişmiqyaslı və hərtərəfli tədbirlər görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə