Zəfər Günü Litvada böyük coşqu ilə qeyd edilib
Yusif Nəzərli
15:16 06.11.2021
Aktual
516
Litvanın paytaxtı Vilnüs şəhərində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, Zəfər Gününün şərəfinə Vilnüsün mərkəzində Ratuşa binasında iki gün ərzində nəhəng Azərbaycan və Litva bayraqları asılıb, xüsusi işıqla işıqlandırılıb.
Əlamətdar günlə bağlı keçirilən tədbirdə Litva Seyminin üzvləri, dövlət qurumlarının nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin səfirlikləri, diplomatlar, ictimai və siyasi xadimlər, mədəniyyət və incəsənət ustaları, soydaşlarımız və tələbə gənclərlə yanaşı Azərbaycan Milli Məclisinin deputatları Elnur Allahverdiyev və Azər Kərimov iştirak ediblər.
Tədbirdə qonaq qismində iştirak edən Vətən müharibəsi iştirakçısı mayor Fəxrəddin Ağayev ayaqüstə alqışlanıb.
Tədbiri giriş sözü ilə açan səfir Tamerlan Qarayev bir il əvvəl baş verən hadisələrdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi zəfər yolundan bəhs edib, qalib xalqın nümayəndəsi kimi duyduğu ülvi hisslərdən danışıb. O, Azərbaycanın BMT qətnamələrini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etməsini beynəlxalq hüququn və ədalətin tənətənəsi kimi qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.
Azərbaycan səfiri azad olunan torpaqlarımızda geniş vüsətlə aparılan quruculuq işləri, həyata keçirilən nəhəng layihələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
T.Qarayev Azərbaycanın haqq səsinə səs verən, dövlətimizə və xalqımıza dost münasibət bəsləyən əcnəbilərə hər zaman ölkəmiz tərəfindən qiymət verildiyini, Azərbaycanın dostluğa hər zaman sadiq olduğunu xüsusi qeyd edərək, Xocalı qətliamından bəhs edilən “Endless corridor” sənədli filminin əsas qəhrəmanlarından olan litvalı hərbi jurnalist Riçardas Lapaitisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini söyləyib. Azərbaycan səfiri “Dostluq” ordeninin təntənəli surətdə Riçardas Lapaitisə təqdim edib.
Tədbir sonra konsert proqramı ilə davam edib. Azərbaycan dövlət akademik filarmoniyasının Mahnı və rəqs ansamblının solsitləri Azərbaycanın Əməkdar artistləri Nigar Şahmuradova və Elnur Süleymanov öz füsunkar rəqsləri ilə, müğənni Könül Məmmədli məlahətli səsi, Bəxtiyar Məmmədov tarda və İnci Məmmədova fortepianoda məharətli ifaları ilə bayram əhval-ruhiyyəsində keçən tədbirə xüsusi rəng qatıblar.
Milli geyimlərdə gənclərimiz əllərində Azərbaycan və Litva bayraqları ilə Litva dilində “Qarabağ Azərbaycandır!” şüarı ilə səhnədə incəsənət nümayəndələrini müşaiyət etdiriblər.
Sonra tədbir iştirakçılarına xalqımızın milli yeməklərindən nümunələr, içəcəklər təqdim olunub.
Zəfər Gününə həsr olunan silsilə tədbirlər Litvanın digər yerlərində, o cümlədən Klaypeda və Kaunas şəhərlərində də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə