Zəfər Günü münasibətilə Bakıda “Dəmir yumruq” kompozisiyası yaradılıb

Zəfər Günü münasibətilə Bakıda təşkil olunan yürüş “Ağ şəhər” bulvarında flaşmobla başa çatıb. 

APA-nın məlumatına görə, flaşmob “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. 

Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.