" Zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır" - Millət vəkili
Turan
11:05 04.04.2020
Aktual
1225
"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan iqtisadiyyatına dəyə biləcək zərərin aradan qaldırılması istiqamətində dörd işçi qrupu yaradılıb".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bəyan edib ki, koronavirus nəticəsində iqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır:
"İşçi qrupların yaradılmasında əsas məqsəd sözügedən problemdən az itki ilə çıxmaqdır. İşçi qrupları hüquqi və fiziki şəxslərə və sahibkarlara dəyə biləcək zərərin aradan qaldırılması, məşğulluğun davamlı şəkildə həyata keçirilməsi, manatın məzənnəsinin qorunması və digər məsələlərlə bağlı tədbirlər həyata keçirir. Görülən bütün tədbirlərin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və iqtisadiyyatımıza dəyə biləcək zərərin aradan qaldırılmasıdır".
Parlamentarinin sözlərinə görə, burada hər bir vətəndaşın da üzərinə böyük məsuliyyət düşür:
"Hər bir vətəndaş Operativ Qərargahın qoyduğu qaydalara riayət etməli, özlərini izolyasiya etməli, zərurət olmadan evdən çölə çıxmamalı, özünün və ailə üzvlərinin sağlamlığını qorumalıdır. Bununla da bütövlükdə cəmiyyətimizi, dövlətimizi qorumuş olarıq. Bu məsələdə həmrəylik nümayiş etdirsək, pandemiyadan ən az zərərlə çıxacağıq”.
Qeyd edək ki, pandamiya ilə əlaqədar sahibkarlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə