“Bizim Mərkəzdə koreyaca dil açan uşaq da olub, nəinki ingilis. Uşaq internetdə Koreya dilində gedən cizgi filmlərinə, oyunlara o qədər aludə olub ki, ana dilindən xəbəri yoxdur”
Ancaq ingilis dilində danışır
Bakıda uşaq ana dilində kəlmə “kəsə” bilmir
“Bizim Mərkəzdə koreyaca dil açan uşaq da olub, nəinki ingilis. Uşaq internetdə Koreya dilində gedən cizgi filmlərinə, oyunlara o qədər aludə olub ki, ana dilindən xəbəri yoxdur”
“Bizim Mərkəzdə koreyaca dil açan uşaq da olub, nəinki ingilis. Uşaq internetdə Koreya dilində gedən cizgi filmlərinə, oyunlara o qədər aludə olub ki, ana dilindən xəbəri yoxdur”
Yazar Sevinc Elsevər feysbukda uşaqlarla bağlı maraqlı məqama toxunub. Uşaq Psixoloji uşaq mərkəzlərinin birində ana-balayla tanış olduğunu vurğulayan Sevinc xanım eşitdiklərinin onun üçün fenomenal hadisə olduğunu deyib: "Uşaq yutubda ingilisdilli kanallara baxa-baxa ingiliscə dil açıb. Azərbaycan dilində kəlmə kəsə bilmir. Qadın özü ingiliscə çox zəif bilir. Uşağın nə atası, nə də özündən yaşca böyük bacısı ingiliscə danışa bilir. Mat qalmalı işdi. Bir yandan uşaq durduq yerdə ingilisdilli olub. Başına şahlıq quşu qonub. Digər yandan ana dilini heç bilmir”.
Doğrudan da, maraqlı hadisədir. Hər nə qədər bizim üçün anlaşılmaz görünsə də, hər halda psixoloji izahı olmalıdır.
Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, dilin inkişaf dönəmində uşaqlarda qulaq və göz yaddaşı çox güclü olur. Onlar bir dəfə getdikləri yolu, qoyduğu əşyanın yerini unutmurlar.
Hətta deyərdim ki, körpələrin mexaniki hafizəsi biz böyükləri təəccübləndirəcək qədər güclü olur. Hiperaktiv, autistik sindromunun əlamətləri olan uşaqlarda yadda saxlamaq qabiliyyəti normal insanlardan 5 dəfə yüksək olur. Onların qeyri-adi bacarıqları da bununla bağlıdır. Zəka geriliyi olan uşaqlar var ki, telefondan asanlıqla istifadə edir, kodu açır, internetə girib mahnıya qulaq asır. Bütün bunların hamısını göz yaddaşı ilə edir. Yutubun rəngini dəyişən kimi isə çaşır qalır, yerini tapa bilmir. Çünki o, həmin vərdişləri analiz qabiliyyəti ilə yox, göz yaddaşı hesabına əzbərləyib.
Narınc xanımın sözlərinə görə, bəzi autizmli uşaqların biobacarıqları olur.
Deyilənə görə, Enşteyndə də bu bacarıq olub:
"Bizim Mərkəzdə koreyaca dil açan uşaq da olub, nəinki ingilis. Uşaq internetdə Koreya dilində gedən cizgi filmlərinə, oyunlara o qədər aludə olub ki, ana dilindən xəbəri yoxdur. Əvvəllər valideynlər uşağın Koreya dilində danışdığını heç başa da düşməyib. Elə biliblər ki, uşaq özünə xas nitqi ilə insanları başa salmağa çalışır, ancaq sözləri aydın anlaşılmır. Uşağın bağça yoldaşlarından birinin atası koreyalı olduğundan onun danışdığı dil məlum olub”.
N.Rüstəmovanın sözlərinə görə, uşaqların yanlış dil bilgilərini mənimsəməsi bir növ valideyn səhlənkarlığı ilə bağlıdır. Onun fikrincə, valideynlər can rahatlığı üçün telefonda komputerdə oyun, yaxud da cizgi filmi açırlar ki, uşağın başı qarışsın. Bizə ən çox rus dilində dil açıb qarışıq nitqi formalaşan uşaqlar gətirilir. Ailə ana dilində danışır, uşaq isə rus dilində multifilmlərə baxıb, onların dilini öyrənib. Halbuki uşaq ilk olaraq anasının dilini öyrənməlidir. Əks halda digər ailə üzvləri ilə ünsiyyətində problemlər yaranacaq. Bu, xüsusi istedad olsa da, ana dilini bilməyən uşaqların xarici dil öyrənməsi sosial problemlər yaradır. Ətrafındakı insanların dilini bilməyən uşaqda aqressiya və davranış pozuntusu yarana bilər. Bir neçə dili öyrətməyə çalışarkən uşaqlarda gec dil açma, kəkələmə problemləri daha çox müşahidə olunur.
Çünki onlarda dil öyrənmə bacarıqları beş yaşından sonra formalaşır. Biz ailədə danışıq dilinin hansı dil olduğuna diqqət yetirməliyik. Uşaqların da bu dili mənimsəməsinə çalışmalıyıq. Bəzən ana-atalar məhz uşaqlarına rus dilini öyrətmək üçün ona rus dilində cizgi filmləri izlətdirir. Halbuki ailədə heç kim rusca danışa bilmir. Bu, uşaqlarda nəinki özgüvəni sındırır, irəlidə nitq problemi yaradır, bunun bərabərində uşağın təhsil səviyyəsini də aşağı düşürür. Bu gün rus sektorunda oxuyub, zəif qiymət alan nə qədər uşaqlarımız var ki, əslində onlar Azərbaycan sektoruna getsələr idi daha çox uğur qazana bilərdilər. Çünki rus dilini bilməyən valideyn onun dərs hazırlıqlarına kömək göstərə bilmir”.
Psixoloqun sözlərinə görə, başqa dildə dil açan uşaqların bu problemi 3-4 yaşından sonra tədricən aradan qalxır. Onlar yavaş-yavaş ana dilini öyrənməyə, ailəsi ilə arasındakı ünsiyyət problemini aradan qaldırmağa çalışır: "Ona görə də, 3-4 yaşa qədər uşaqları xarici dillərin təsiri altına düşməkdən qorumaq lazımdır. Körpə yaşından bir neçə dil öyrənən uşaqlarda nitq problemləri daha çox yaranır. Əks halda, 3-4 yaşından sonra ana dilini öyrənən uşaqlarda kəkələmə başlaya və özünü ifadə çətinliyi səbəbindən stress faktorları arta bilər. Biz pedaqoqlar və psixoloqlar azyaşlı uşaqların elektron cihazlarla oynamasını tövsiyyə etmirik. Elə uşaqlar var ki, sadəcə baxdıqları cizgi filminin dilini mənimsəməklə qalmır, özlərini oradakı obrazlar kimi aparırlar. Hörümçək adam kimi geyinir, onların hərəkətlərini təkrarlayırlar. Ötən dəfə bizim Mərkəzə bir uşaq gətirmişdilər. Nə qədər edirdik, əynindən o formanı soyunmurdu. Anasının dediyinə görə, uşaq yatanda da, duranda da ancaq Spidermanın paltarı ilə gəzir və heç kimlə danışmır, hörümçək adam kimi qəribə hərəkətlər edir, onun jestlərini təkrarlayır. Ancaq yatanda güc-bəla həmin formanı onun əynindən çıxarırlar. Bu vərdiş uşaqların şəxsi inkişafına həddindən artıq ziyan vurur, onlarda "mən” formalaşa bilmir. Hətta belə uşaqlar hörümçək adamı təqlid etmək üçün özlərini pəncərədən ata da bilərlər”.
Psixoloqun sözlərinə görə, hiperaktiv və autistik uşaqların nitq inkişafında, ünsiyyətində problemlər varsa, onlar mütləq psixoloq və loqoped dəstəyi almalıdır. Yoxsa onlarda autistik əlamətlər və özünə qapanıqlıq arta bilər.
N.Rüstəmovanın fikrincə, uşağa xarici dil öyrətmək üçün onun bir az daha böyüməsini və özünü, milli kimliyini dərk etməsi lazımdır:
"Təbii ki, müasir dövrümüzdə dil bacarığı vacib bir faktordur. Amma bunun üçün tələsmək lazım deyil. Hər şey öz vaxtında gözəldir. Xüsusilə uşaqlarda dil bacarığı 4-5 yaşından sonra formalaşır. Valideyn maksimum dərəcədə beş yaşına qədər uşağa ikinci dili öyrətmək istəyindən qaçmalıdır. Bilərək və ya bilməyərəkdən bu səhvlərə yol vermək birmənalı şəkildə yolverilməzdir.
Bəzən bizə gələn valideynlər uşaqlara deyir ki, Narınc xalaya rusca, ingiliscə 10-dək say. Elə fəxr, qürur hissi duyurlar ki, mənim uşağım ingiliscə, rusca saya bilir. Halbuki, uşaq Azərbaycan dilində danışa bilmir, amma ingilis dilində mənə sayır. Yəni, bunlar olmamalıdır. Əgər ailə özü rusdilli deyilsə, uşağa qətiyyən bu dildə danışmağı öyrətmək olmaz. Bu, uşaqların özgüvənini azaldır, uşaqlarla ünsiyyət problemi yaradır. Bu tip uşaqlar bilmir ki, hansı dildə düşünsün, hansı dildə cavab versin. Bu zaman cavab vermədə gecikmə yaranır.
Azərbaycan dilində düşünür, rus dilində danışır, yaxud da bu hal əksinə olur. Və belə olduqda kaşa-maşa yaranır. Uşaq öz fikrini çatdıra bilmir. Dostları azalmağa başlayır, tək oynamağa meyillənir. Ona görə, ikinci dilin vaxtından əvvəl öyrədilməsi çox böyük problemlər yaradır. Yəni, bu problemin üstünə çox düşmək lazımdır”.
Şəymən