
Elmir Əkbər: Qız atasını öldürürsə, burda özəl olan məqamlar var
13:22 27.12.2023
Sosial
819
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarınının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən psixoloq Elmir Əkbər bildirib ki, günü-gündən cəmiyyətdə aqressiya, qəzəb hissi artır:
"Onlar öz emosiyyalarını, hirslərini nəzarət edə bilmirlər. Bunun özü də psixoloji bir xəstəlikdir. Koronovirus pandemiyyasından sonra panik atak, təşviş, həyacan pozuntusu, depressiya və emosional problemlər yüksəlməyə başlayıb. Maraqlıdır, 36 yaşlı qızın atasının neçə yaşı var? Yəni, o qız atanı öldürmək iqtidarındadırmı? Qız atasını öldürürsə, burda artıq özəl olan bir çox məqamlar var. Hər bir halda bu ailənin çox ciddi psixoloji problemi olub. Azərbaycanda bütün bu kimi hadisələrin yaşanmasının birinci səbəbi cəhalətdir. Yəni onlar anlamaq və qəbul etmək istəmirlər ki, zəmanə dəyişib. İndiki dövrdə həkim-psixoterapevt və psixoloq olmadan ailə düzəlmir. Qərb ölkələrində vətəndaşlar mütəmadi olaraq psixoterapevtə müraciət edirlər”.

Ekspert vurğulayıb ki, cəhalətin qurbanı olan ailələrdə ciddi psixi problemlər yaşanır:
“Əslində bu qətl hadisəsində ölənində, öldürənində bir sözlə, bütün ailənin günahı var. Çünki vaxtında cahillik edərək psixoterapevtdən qaçmasaydılar bu problemin qarşısını almaq olacaqdı. Necə ki, bütün dünyada bunun qarşısını alırlar. Elə ölkəmizdə də kömək istəyən bütün xəstələrə yardım etmişik. Burada digər məsələ biganəlikdir. İnsanlar bir-birinə qarşı biganədilər. Nəinki, kömək etmək, doğru yoldan belə yayındırırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə