MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçirib
12:53 31.08.2024
Siyasət
383
Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyalarının rəhbərləri Bakıda keçirilən işgüzar görüş zamanı Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.
Bu barədə “Sherg.az” MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
“MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov ilə ŞƏT-in beynəlxalq müşahidəçilər missiyasının rəhbəri, ŞƏT baş katibinin müavini Nuran Niyazəliyev avqustun 31-də Bakıda görüşüb. Görüşdə həmçinin Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko da iştirak edib”, - məlumatda deyilir.
Həmsöhbətlər Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB və ŞƏT-dən olan müşahidəçilər missiyalarının fəaliyyətini müzakirə ediblər.
“Tərəflər seçki kampaniyasının şəffaf və açıq şəkildə keçirildiyi, beynəlxalq müşahidəçilərin parlament seçkilərini izləməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıblar”, - məlumatda deyilir.
Anfimov həmsöhbətinə bildirib ki, MDB müşahidəçilər missiyasına 133 müşahidəçi daxildir, onlardan 10-u Azərbaycanda uzunmüddətli əsaslarla işləyir. Missiya rəhbəri həmsöhbətin diqqətinə həmçinin əsas iş prinsiplərini - müşahidənin obyektivliyi, seçki prosesinin gedişinə müdaxilə edilməməsini çatdırıb.
“Ənənəvi olaraq, biz işimizi missiya üzvlərinin şəxsi müşahidəsi, seçki komissiyalarının üzvləri və dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət nəticəsində yerlərdə əldə olunan məlumatlar əsasında qururuq”, - Anfimov vurğulayıb.
Öz növbəsində Niyazəliyev qeyd edib ki, ŞƏT seçkilərin, o cümlədən parlament seçkilərinin monitorinqində böyük təcrübəyə malikdir. O bildirib ki, missiya üzvləri Azərbaycanda seçki kampaniyasının gedişi ilə tanış olmaq imkanı əldə ediblər.
“Seçkilər çox sakit keçir, ölkədə vəziyyət ürəkaçandır. Seçki kampaniyasının təşkilati səviyyəsini yüksək qiymətləndirərdim. Bunda həm Mərkəzi Seçki Komissiyasının, həm də yerli seçki komissiyalarının koordinasiyalı işi böyük rol oynayır”, - o vurğulayıb.
Görüş zamanı tərəflər təbliğat-təşviqat kampaniyasının gedişi, seçki komissiyalarının işi və seçki məntəqələrinin seçkilərə hazırlığı ilə bağlı da müzakirələr aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq