
Politoloq: “Gürcü arzusu”nun siyasəti daha balanslıdır
13:13 25.12.2024
Dünya
464
Rusiya bundan sonra növbəti Saakaşvililərin hakimiyyətə gəlməsini istəmir
Qərb çalışır ki, postsovet məkanında Rusiyanın nüfuzunu zəiflətsin
Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı Prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda vurğulanıb ki, seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq, ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər. Qeyd edək ki, parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Prezident Zurabişvili yeni seçkilərin keçirilməsi üçün şura yaratdığını elan edib. Zurabişvilinin səlahiyyət müddəti 29 dekabrda başa çatacaq.
Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, hazırda Gürcüstanda sözün əsil mənasında Qərb ilə Rusiyanın geosiyasi konfrantasiyasının çizgilərini görürük:

“Rusiya Qafqaz regionunda qərbyönümlü şəxslərin hakimiyyətə gəlməsini istəmir. Saakaşvili həmin səhvi təkrarladı və Rusiya bundan sonra növbəti Saakaşvililərin hakimiyyətə gəlməsini istəmir. Digər tərəfdən isə Qərb çalışır ki, postsovet məkanında Rusiyanın nüfuzunu zəiflətsin. Burada Mərkəzi Asiya, Cənubi Qafqaz və Ukraynanın strateji əhəmiyyəti var. Hazırda Ukraynada mövcud münaqişə davam edir, Ermənistanı özünə yaxınlaşdıra bilib və növbəti addım Gürcüstandadır. Gürcüstanda baş verən etiraz aksiyalarının arxasında həmin səbəb dayanır. Ona görə də ABŞ dövlət katibliyi Gürcüstanla strateji əlaqləri kəsdi və Gürcüstan Avropa Birliyinə üzvlük danışıqlarını müvəqqəti olaraq dondurdu. Gürcüstanda prezidentin qərbyönümlü olmağına baxmayaraq əsas icraedici hökümətın başında Rusiya ilə münasibətlərin normallaşmasını istəyən “Gürcü arzusu” partiyasının nümayəndəsi İrakli Kobaxidze dayanır. Uzun illərdir ki, Gürcüstanda “Gürcü arzusu” partiyası hakimiyyətdədir. Bəziləri düşünürlər ki, sözügedən partiyanın mövqeyi məhz ruspərəstdir. Fikrimcə, partiyanın siyasəti Gürcüstan kimi böyük olmayan regional ölkə üçün kifayət qədər praqmatikdir. Partiya həm Rusiya, həm də Qərblə münasibətləri normallaşdırmağa çalışır. Çünki onlar gördülər ki, Saakaşvilinin biryönümlü istiqamətə yönəlməsi onun başını Rusiya ilə ağrıtmağa səbəb oldu. İndi hakimiyyət isə bunu etmək istəmir və Rusiya ilə münaqişə girməyə imkanlarının olmadığını anlayır. Digər tərəfdən isə Rusiya ilə ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi Gürcüstana müsbət dividentlər gətirəcək. Belə olan halda “Gürcü arzusu” partiyasının siyasəti daha balanslıdır. Gürcüstan prezidenti seçkilərdən bu yana səslərin saxta olduğunu vurğulayır. İstənilən ölkədə olduğu kimi Gürcüstanda da seçkilərdə müəyyən qayda pozuntusu ola bilər. Lakin bu tamamilə xalqın indiki höküməti istəmədiyi demək deyil. Salome Zurabişvilinin bəyanatı prezidentliyin son dönəmində müəyyən dəyişiklik etməyə hesablanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq