
Politoloq: İsrail ilə HƏMAS arasında müharibənin yeni fazası başlaya bilər
11:26 20.10.2025
Aktual
553
Uzunmüddətli sülhün bərqərar olması üçün prinsipial razılıq əldə edilməlidir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrail və HƏMAS arasında atəşkəs rejiminin pozulması məsələsini araşdıracaq və lazımi addımlar atacağını bəyan edib.
Tramp bu barədə Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib.
“Biz baş verənləri öyrənəcəyik. HƏMAS-la bağlı məsələnin tamamilə sülh yolu ilə həll olunmasını istəyirik. Bildiyiniz kimi, onlar bəzən aqressiv davranır, atəş açıblar. Ola bilsin ki, bu, HƏMAS rəhbərliyinin deyil, daxildəki narazı qrupların işidir. Hər halda biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq”, - o qeyd edib.
ABŞ lideri həmçinin əlavə edib ki, məsələ ilə bağlı növbəti addımlar hazırda nəzərdən keçirilir.
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Yaxın Şərqdə keçirilən Sülh Samitinin İsrailHamas münaqişəsini tam şəkildə həll edəcəyi inandırıcı görünmədiyini daha öncə də bildirmişdi:

"Çünki sülh danışıqlarının birinci mərhələsində əsas diqqət əsirlərin qaytarılması, Rəfah keçid məntəqəsinin açılması və həlak olmuş israilli girovların cəsədlərinin İsrail tərəfinə təhvil verilməsi kimi məsələlərə yönəlmişdi.
Lakin sülh prosesinin ikinci mərhələsinə aid məsələlərdə tərəflər arasındakı ciddi fikir ayrılığı göstərirdi ki, bu mərhələ birinci qədər “ildırım sürəti” ilə həyata keçirilməyəcək. Əslində, prosesin ən çətin və həlledici mərhələsi də məhz ikinci mərhələ hesab olunur. Qəzzanın bərpası, beynəlxalq idarəetmə sisteminin yaradılması və Qəzzaya sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi məsələlərdə razılaşmanın olmaması, hazırkı gərginliyin, hətta bundan sonra daha dərin gərginliyin yaranmasına səbəb ola bilər. Bunun nəticəsində yaxın gələcəkdə İsrail ilə HƏMAS arasında müharibənin yeni bir fazasının başlanması ehtimalı da istisna deyil. Çünki ikinci mərhələ ilə bağlı atılan addımlar hələ də qeyri-müəyyən xarakter daşıyır. Bu qeyri-müəyyənlik artıq prosesin başlanğıcında özünü göstərməkdədir".
Analitikin fikrincə, Qardaş Türkiyə, Misir Ərəb Respublikası və Qətər Dövləti müharibənin yenidən aktiv fazaya keçməsinin qarşısını almaq üçün müəyyən səylər göstərə bilər:
"Lakin bu, hələ sülh demək deyil. Bu, sadəcə olaraq münaqişənin müvəqqəti dondurulması, yəni müharibənin yenidən alovlanmasının bir qədər yubadılması anlamına gəlir.
Daimi və uzunmüddətli sülhün bərqərar olması üçün isə ilk növbədə prinsipial razılıq əldə edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya