Nəcib təşəbbüsü dəstəkləmək vətəndaşlıq borcudur
Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib. Aksiyada Agentliyin şəxsi heyəti könüllü olaraq iştirak ediblər.
Sherg.az SOMDA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.