
Astroloq: Ay tutulmasını hər şeylə əlaqələndirmək doğru deyil
11:04 13.03.2025
Cəmiyyət
492
Səbuhi Rəhimli: "Maaşlar vaxtında verilmirsə, bunun AY və Günəş tutulmasına dəxli yoxdur"
Mart ayının 14-də ilin ilk Ay tutulması baş verəcək.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq.
Bildirilib ki, tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək:
"Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq".
Qeyd edilib ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.
Mövzu ilə bağlı danışan "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli “Sherg.az”a deyib ki, Ayın və Günəşin tutulmasının ciddi təsir mexanizmi yoxdur:

“Azərbaycanda Ay tutulması müşahidə olunmayacaq. Yalnız Qərbi Avropada, Afrikada, xüsusən də Afrikanın şimalında, Atlantik və Sakit okeanlarda görünəcək. Amma qız bürcündə də ayın tutulması var. Ümumiyyətlə Ay və Günəş tutulmasında hansısa bürcə müsbət və mənfi təsir mexanizmi yoxdur. Bu, sadəcə astronomik prosesdir və təbii hadisələrə təsir edə bilər. Yəni dəniz və okean sularında qabarmalara səbəb ola bilər. Novruz ərəfəsində insanlar kasıb olsalar da onsuz da müsbət ovqatları var. Maaşlar vaxtında verilmirsə, bunun AY və Günəş tutulmasına dəxli yoxdur. İnsanın əlinə pul gəlmirsə, planetlərin necə olmasından asılı olmayaraq ovqatı aşağı olur. Ay tutulmasını hər şey ilə əlaqələndirmək doğru deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya