Azər Rəşidoğlunun səhhəti ilə bağlı Prezident və birinci xanıma müraciət edilib
13:26 17.03.2025
Cəmiyyət
474
Jurnalistin xəstəliyinin qarşısı ən qısa zamanda alınmazsa, başqa orqanlar sıradan çıxa bilər
Tanınmış jurnalist və siyasi icmalçı Azər Rəşidoğlunun səhhətində yaranmış ciddi onkoloji problemlə bağlı olaraq, ölkənin bir sıra jurnalistləri, media rəhbərləri, QHT təmsilçiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətə ölkənin nüfuzlu media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar qoşulublar.
"Sherg.az" xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir.
Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur.
Hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur.
Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var.
Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq.
Əvvəlcədən göstərdiyiniz diqqət və yardım üçün dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, müraciətə ölkənin nüfuzlu media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar qoşulublar. İmzalanma prosesi yekunlaşdıqdan qısa müddət sonra ünvanına göndəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya