“Azərbaycan yeni və müasir texnologiyaların mərkəzinə çevrilib"
Fidan Həmişəyeva
11:33 25.05.2020
Cəmiyyət
694
“Bu mənada dünyanın aparıcı şirkətləri də ən müasir texnoloji imkanlarını ölkəmizə təqdim edir”
"Ölkəmizdə aparılan davamlı islahatlar dövlətimizin regionda və dünyada maraq dairəsini genişləndirir. Eyni zamanda aparıcı şirkətlərin təqdim etdikləri ən yeni, müasir layihələr Azərbaycanda tətbiq olunur. Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib".
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin "Signify" şirkətinin rəhbərləri ilə keçirdiyi videokonfransda irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
Analitikin sözlərinə görə, bu gün dövlətimiz dünya ölkələrinə innovativ yeniliklər, enerji layihələri ixrac etməklə yanaşı, eyni zamanda dünyanın aparıcı şirkətləri də ən müasir texnoloji imkanlarını ölkəmizə təqdim edir:
“Aparıcı şirkətlər ölkəmizdə uğurlara imza atmaq marağında olduqlarını gizlətmirlər. Təkcə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etmək istəyən nə qədər nüfuzlu xarici şirkətlər var. Bu gün onlar texnoloji imkanlarını ölkəmizdə səfərbər edərək, burada ilklərə imza atmaq istəyirlər. Bunun üçün isə məhz tərəqqi edən dövlət, inkişaf edən məkan lazımdır. Azərbaycan bu kimi bütün nüfuz kriteriyalarına malikdir. Təkcə ən müasir işıqlandırma sistemlərinin dünyada ilk olaraq Bakıda qurulması planı sözügedən reallıqların bir hissəsidir".
B.Quliyev qeyd edib ki, Azərbaycanda gənclərin müxtəlif texnoloji peşələrə sahib olma maraqları qarşıda növbəti uğurların əldə edilməsinə və gənc nəslin uğurlu perspektivlərinə zəmin yaradır:
"Dövlət başçımız bildirib ki, yeni elektron kənd təsərrüfatı sistemininin həyata keçirilməsi bizə həyatımız və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir və gənclər həmin profilə maraq göstərirlər. Bu da qeyd edilən fikirləri təsbit və təsdiq edir. Digər tərəfdən ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Nəzərə alsaq ki, bu gün dünyada kənd təsərrüfatı sahəsi yüksək sürətlə digər sahələri üstələyir, bu zaman əminliklə deyə bilərik ki, qısa müddətdə bu kimi şirkətlərlə birgə həyata keçiriləcək layihələr öz münbit nəticələrini verəcək.
Ona görə də, Prezidentimiz Azərbaycanın yeni texnologiyalara, innovasiyalara hazır olması bəyanatını verib və artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaradıldığını vurğulayıb. Həyata keçirilən layihələrlə yanaşı, sosial sahələr də öz bəhrəsini verəcək, yeni iş yerləri açılacaq və xüsusilə, növbəti nəhəng layihələr Azərbaycana gələcək. Bu baxımdan da Prezident İlham Əliyev ölkəmizin yeni texnologiyalara tam açıq olduğunu xüsusilə vurğulayıb. Əlbəttə ki, bu reallıq xalqımızın daha rifahlı həyatı üçün də çox mühüm əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya