Azərbaycana gələn əcnəbilərin 80 faizdən çoxu Bakıda qalır
Yusif Nəzərli
07:03 30.10.2024
Cəmiyyət
366
Turizm şəbəkələri çox passivdir
Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedirlər. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4,7 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, turistlərin 4.3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Milli Məclisin deputatı Vüqar Bayramov da bölgələrimizin xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzduğunu təsdiqləyib. Onun sözlərinə görə, paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir: “Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1 milyon 772 min olub. Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında Hindistan birincidir: Ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Bu müddətdə hotellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Göründüyü kimi, hotellərin gəlirlərinin artmasına baxmayaraq, yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşüb”.
Regionlarda turizmin inkişafının vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Rauf Qarayev “Sherg.az"a açıqlamasında deyib ki, rayonların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığın təmin edilməsidir:
“Bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz. Onu da deyim ki, bölgələrə turist axınını çoxaltmaq üçün nəqliyyatın rolu böyükdür. Paytaxtdan çox da uzaq olmayan, maşınla az məsafə qət edəcək yerlər daha çox turistlər üçün əlverişli hesab olunur. Lakin turizm infrastrukturu üç-dörd bölgədən ibarət olmalı deyil. Qərb zonası var - Şəmkir, Qazax, Gəncə, bundan başqa, Qarabağ zonası. Bunlar da digər bölgələrimiz kimi münbit şəraitə malikdir”.
Ekspertin fikrincə, Azərbaycana gələn əcnəbi turistlərin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var: “Regionlara da səfərlər olur, amma gələnlər əsasən Bakıda qalır. Əcnəbilərin Azərbaycana çıxışı əsasən Bakıda olan hava limanı üzərindəndir. Bu amil də gələnlərin çoxunun Bakıda qalmasına təsir edir. Regionlara sadəcə birgünlük səfərlər edirlər, yaxud səhər gedib axşam qayıdırlar.
Bir səbəb də turizm şəbəkələrinin passivliyidir. Turizmdə ən əsas məsələ reklam və təbliğatdır. Bu da ibarətdir, məlumatların ötürülməsindən, məlumatların çatdırılmasından. Hər hansı xarici ölkə vətəndaşı, tutalım, Lənkəran haqqında haradan məlumat əldə bilər? Lap tutalım, axtarış verdi və Azərbaycanın gözəl bölgələri barədə məlumatlar çıxdı qarşısına. Bununla iş bitmir. İnsanları cəlb etmək lazımdır. Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir. Turistlər məlumatsız olduqları üçün bölgələrə gedə bilmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərurda ər arvadını qətlə yetirib
00:14 01.08.2026
Hadisə
Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi
23:57 31.07.2026
Siyasət
Tramp: İrana çox ağır zərbə vuracağıq
23:36 31.07.2026
Gündəm
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib
23:13 31.07.2026
Dünya
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya