“Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”
Banuçiçək Kalbalıyeva
11:02 24.09.2020
Cəmiyyət
859
“Vətəndaşlarımız maska taxmağın vacibliyini başa düşürlər”
“Hər halda hər şey öz əlimizdir. Əvvəlki günlərə qayıtmamağımız məsuliyət tələb edir”
Koronaviruslu günlər, təəssüf ki, davam edir. Hələ də tibbi maskamızı, spirtimizi axşamdan hazır qoyur, onları unutmamağa çalışırıq. Sosial məsafənin qorunmasına isə xüsusi diqqət edirik. Hə, bir də, əllə salamlaşmaları, kütləvi toplaşmaları çoxdan unutmuşuq. Vəziyyətin nə qədər belə davam edəcəyi məlum deyil. Amma durumun mümkün qədər tez düzəlməsi naminə dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər və onların səmərəli nəticələri göz qabağındadır.
Həkim-infeksionist Fərrux Sədirov bu barədə “Sherg.az”a danışarkən deyib ki, Azərbaycanda görülən tədbirlər digər dövlətlərə nümunə olmalıdır:
“Hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Avropada ikinci dalğa başlayıb. Bizdə isə rəqəmlər ya stabildir, ya da enən templə davam edir. Əlbəttə, bu, görülən işlərin nəticəsidir.
Müşahidələrimə əsasən deyə bilərəm ki, aprel-may aylarına nisbətən indi insanlarımızın davranışlarında müsbət mənada xeyli dəyişiklik var. Vətəndaşlarımız maska taxmağın vacibliyini başa düşürlər.
Amma bu uğurların nə qədər davam edəcəyini deyə bilmərik. Hər halda hər şey öz əlimizdir. Əvvəlki günlərə qayıtmamağımız məsuliyət tələb edir. Koronavirusla mübarizədə kiçik bir boşluq böyük fəsadlara səbəb ola bilər.
Unutmayaq ki, bu infeksiya bir nəfərdən bütün dünyaya yayılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm