"Azpulmat" və "Manato"dan pul götürənlərə SEVİNDİRİCİ XƏBƏR
12:03 12.03.2025
Cəmiyyət
1508
Son zamanlar "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) müraciət edən insanların sayı xeyli artıb. Bu təşkilatlar sürətli və sənədsiz kredit imkanı təqdim etsələr də, yüksək faiz dərəcələri və sərt qaydalar səbəbindən vətəndaşlar arasında narazılıqlara səbəb olurdu. Xüsusilə, faizlərin sürətlə artması, borcun vaxtında qaytarılmaması halında əlavə cərimələrin tətbiq edilməsi və borcun əsas məbləğdən dəfələrlə çox böyüməsi kimi hallar borc sahibləri üçün ciddi maliyyə çətinlikləri yaradırdı. Nəticədə, vətəndaşlar borc yükünün altından çıxa bilmir, bəzi hallarda isə hüquqi problemlərlə üzləşirdilər.
News24.az-ın xəbərinə görə, vətəndaşlar arasında böyük narazılığa səbəb olan bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qaydalar müəyyən edilir.
Məlumata görə, bundan sonra BOKT-lar "Bank Olmayan Kredit Təşkilatlarında Kredit Risklərinin İdarə Edilməsi Qaydası" çərçivəsində fəaliyyət göstərəcək.
Kredit məbləği və Faiz dərəcələri,
Maksimal kredit məbləği – 500 manat,
Gündəlik faiz dərəcəsi – 0,3%-dən çox ola bilməz,
Aylıq faiz məbləği – 500 manat kredit üçün maksimum 45 manat təşkil edəcək,
Borcun qaytarılma müddəti – 45 gün.
Əvvəllər ən çox narazılıq doğuran məsələlərdən biri də borcun gecikdirilməsi zamanı tətbiq olunan yüksək faizlər idi.
Yeni qaydalara əsasən:
Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc məbləğinin gündəlik faiz dərəcəsinin 2 mislindən çox ola bilməz. Gecikdirmə halında əsas borc üzrə faizlər maksimum 30 gün müddətində hesablanacaq. Ümumi ödəniş məbləği əsas borcun 100%-dən artıq olmamalıdır.
Əvvəllər şəxslər müddət tamam olduqda əsas borcu ödəyə bilmirdilərsə, faizi ödəyib vaxtı uzada bilirdilər. İndi isə 45 gün tamam olduqda həm əsas borcu, həm də faizi ödəməlisən. Şəxs borcunu ödədikdən 3 gün sonra yenidən kredit götürə bilər. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya