Dedi-qodunun yıxdığı evi heç Allah da yıxmır: “Qayınata, qayınana, baldız..."- Kənar müdaxilə!
Fidan Həmişəyeva
13:25 16.09.2020
Cəmiyyət
888
“Psixoloji durum, qayınana-qayınata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi “pay”a malikdir”
“Onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir”
“Heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür”
Bu il Azərbaycanda 8 mindən çox ailə dağılıb. 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20 611 nikah vә 8 285 boşanma halları qeydә alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.
Əvvəlki illərlə müqayisədə ölkəmizə boşanma sayı get-gedə artır. Düzdür, bəzi hallarda boşanma hər iki tərəfin razılığı ilə olan bir qərardır. Bir çox hallarda evdar xanımlar boşanmaq üçün müraciət etmir, bacardığı qədər gördüyü təzyiqlərə sinə gərməyə çalışır. Maddi asılılıq, qadının təhsilsizliyi də bu cür çarəsiz durumda onu sakit mövqedə dayanmağa vadar edir. Buna baxmayaraq boşanan cütlüklərin sayı artmaq üzrədir.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva“Sherg.az”a açıqlamasında boşanmaya aparan səbəblərin müxtəlif olduğunu bildirib. Birlik sədri qeyd edib ki, bəzən kənar müdaxilələr, psixoloji durum belə addım atmağa səbəb olur:
“Boşanmaların artmasında müxtəlif səbəblərin rolu var. Səbəbləri ümumiləşdirmək mümkün deyil. Psixoloji durum, qayınana-qayınata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə sahibdi. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdı. Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik.
Amma son illərdə ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı cinayət hadisələrinin də çəkisi artıb”.
M.Abdullayeva vurğulayıb ki, kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır.
Ekspert səbəb kimi başqa amilləri də sadalayıb:
“Qayınana-qayınata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa ,belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında “müharibə” başlayır. Həm qızın, həm də oğlanın ailəsi müdaxilə edir”.
Birlik sədri qeyd edib ki, ailədaxili problemlər olsa da, heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür:
“Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır. Ər-arvad aralarında konflikt olduqları üçün münaqişəni həll etmək qabiliyyətində deyillər. Avropa ölkələrində xüsusi ailə psixoloqları var ki, onlar tərəfləri dinlədikdən sonra psixoloji baxımdan yardım edirlər.
Bir tərəfdən ağsaqqallar institutu, digər tərəfdən ailə psixoloqlarının olmaması boşanmaların qarşısının alınmasına səd çəkir.
Beləliklə tərəflər boşanmaq qərarına gəlirlər. Bu səbəbdən də boşanmaların sayı artır. QHT-lərin sayı artırılsa, psixoloqlardan pulsuz yardım alınsa, qanunvericilik bazası möhkəmləndirilsə, nisbətən də olsa rəqəmi aşağı sala bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə