Deputat Kür və Arazın qurumasından DANIŞDI: "Hər il problem yaşanır"
Fidan Həmişəyeva
13:14 10.07.2020
Cəmiyyət
1144
Bu məsələ əhalinin su ehtiyatının olmaması problemini aktuallaşdırıb
Tahir Kərimli: “Kürdəmir, Salyan və Neftçalada su anbarı tikmək lazımdır"
Son aylar Kür çayında suyun səviyyəsinin kəskin azalmasına dair müzakirələr bitmir. Su səviyyəsinin aşağı düşməsi çayətrafı rayonlarda içməli su problemi yaradıb.
Qeyd edək ki, Azərbaycanda su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır. Kür və Araz çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar və buzlaqların sularından alır. Reallıq isə budur ki, qlobal istiləşmə nəticəsində regionda qar yağması halları azalıb. Əlbəttə, su heç vaxt yoxa çıxmır, təbiətdə dövr edir. Lakin Kür çayının quruması artıq əhalinin su ehtiyatının olmaması problemini aktuallaşdırıb.
Bəs çıxış yolu nədir?
Mövcud durumu "Sherg.az"a dəyərləndirən millət vəkili Tahir Kərimli bildirib ki, bəzi mütəxəssislər Kür çayının qurumasını yağıntların olmaması ilə əlaqələndirirlər. Amma bu belə deyil. Deputatın fikrincə, əslində hər il belə problem yaşanır. Builki yağıntıların miqdarı əvvəlkilərdən fərqlənmir:
"Məlumdur ki, Xəzər dənizinin ümumi su ehtiyatının 60 faizi Volqa çayı vasitəsilə ödənir. Volqa çayı təxminən 1 il müddətinə axdıqca Kürün səviyyəsi qalxır. Hər zaman, tarix boyu belə hallar olub. Hətta Kürün səviyyəsi 2 metrə qədər enib və qalxıb. İndiki vəziyyətdə Xəzər dənizinin su səviyyəsinin qalxması ona səbəb olub ki, Kürün deltasında sular çay yatağına daxil olsun".
Parlament üzvü vurğulayıb ki, əvvəllər də bu aylarda Kür və Araz çaylarında suyun azalması müşahidə olunub:
"Xüsusən Sabirabadda Kür çayı qovuşağında müşahidə aparsaq görərik ki, hər iki çayın birləşdiyi yerdə, suyun səviyyəsində xeyli enmə var. Problem adətən Mingəçevir Su Elektrik Stansiyası (SES) vasitəsilə həll olunurdu. Lakin indi SES-in yenidən qurulması çətinlik yaradıb. Bir çox təcrübələr göstərir ki, problemin həlli üçün 3 kilometrdən bir anbarlar yaradılır. Hesab edirəm ki, yaranan çatışmazlığı aradan qaldırmaq üçün Kürdəmirdə Mollakənddə böyük su anbarı yaratmaq olar. Yaxud da Kürdəmir, Salyan və Neftçala ərazisində ən azı 1 su anbarı tikmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya