DİQQƏT !- TikTok, votsap və digərlərində düşmən hiyləgərliyi...
Fidan Həmişəyeva
08:26 19.11.2020
Cəmiyyət
485
Müharibə dövründə sosial şəbəklərin təhlükəli olması barədə müxtəlif yazılar dərc olunub. Həqiqətən döyüş zonalarından çəkilən şəkillərin və ya videoların yayınlanması qarşı tərəf üçün faydalı sayıla bilər. İnformasiya texnologiyalarının sürətli inkişafı dövründə adi şəkil vasitəsilə silahlı qüvvələrin koordinatlarının müəyyənləşdirilməsi mümkündür.
Milli Təhlükəsizlik Xidmətinin oktyabr ayında yaydığı məlumatda bunlar deyilirdi:
“Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artıblar”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu“Sherg.az”a bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin qeyd etdiyi məlumat problemin bir tərəfidir.
Analitik vurğulayıb ki, bəzi ölkələrin kəşfiyyat xidmətləri vatsap sistemindən məlumat toplamaq üçün istifadə edirlər:
“Hindistanlı mütəxəssislərin araşdırmalarına görə, vatsap sistemi üzərindən kəşfiyyat məlumatlarının toplanması imkanları genişdir. Hindistanlı mütəxəsslər dünyanın ən yaxşı proqramçılarından sayılırlar. Buna görə də Hindistanın elm və texnologiyalar naziri Şankar Prasad vatsap sisteminin yoxlanması barədə qərar verib. Hindistan rəsmiləri, messencerdəki zəiflikdən hindistanlı istifadəçilərin cihazlarına casus proqram quraşdırmaq üçün istifadə edildiyi üçün “WhatsApp”dan təhlükəsizlik sisteminin yoxlama aparmasını tələb ediblər.
Votsap üzərindən məlumatların toplanması barədə məlumatlar bu ilin başlanğıcında da vurğulanıb. Məsələn, peşəkar haker qrupu vatsapın bütün məlumatlarını əldə etməyə nail olub. Vatsap telefonun internet bağlantısından istifadə edir. Məlumatlara giriş tələb edildikdə istifadəçi bütün əlaqələri və üzv olduğu qrupların adları ilə bir siyahı göndərə bilər. Həm köhnə, həm də yeni məlumatları və istifadəçinin indiyə qədər istifadə etdiyi bütün telefonları ehtiva edir. Bundan isə xarici dövlətlərin xüsusi xidmət orqanları istifadə edə bilərlər. Rusiya və Çinin xüsusi qrupları məhz bu istiqamətdə çalışırlar. Çin hakimiyyəti bu çalışmalara böyük pullar xərcləyir. Təsadüfi deyil ki, ABŞ Çinin layihəsi olan “TikTok” sosial şəbəkəsini bir neçə ay əvvəl qadağan edib. Çünki ABŞ administrasiyası bu qənaətə gəlib ki, Pekin milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin imkanlarından məlumat toplamaq məqsədilə istifadə edir”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistan müharibədə Azərbaycana məğlub olsa da, hiyləgərliyindən əl çəkməyib:
“Gələn son xəbərlərə görə, Ermənistan informasiya texnologiyaları sahəsinə yatırım qoymaq üçün erməni diasporuna müraciət edib. Ermənistan döyüş meydanındakı məğlubiyyətin əvəzinin çıxılması yolları barədə düşünür. Bunlardan biri Azərbaycana qarşı qara piar və müxtəlif məlumatların toplanması ola bilər. Ona görə də bizdən xüsusi həssaslıq tələb olunur. Digər tərəfdən informasiyalarımızı qorumaq barədə ciddi düşünməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya