“Dövlət özündən asılı olan hər şeyi edib və edir, ancaq....”
Fidan Həmişəyeva
13:28 08.07.2020
Cəmiyyət
821
“Çox şey vətəndaşın davranışından asılıdır. Məsuliyyətsiz hərəkətlər şəraiti daha da ağırlaşdıra bilər”
“Vəziyyətin belə davam etməsi büdcədə çətinliklər yaradar. Büdcəyə vergi daxilolmaları azalır”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı mühüm məqamlara toxunub. Ölkə başçısı bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.
Prezident bildirib ki, Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı:
“İndi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 mindir. Qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır”.
Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Qasımlı bildirib ki, koronavirus pandemiyası meydana çıxandan bəri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət və hökumət strukturlarının həyata keçirdiyi tədbirlər yalnız müsbət qiymətləndirilə bilər. Bu böhranlı şəraitdə ilk növbədə, vətəndaşın sağlamlığı əsas götürüldü. Bütün yük dövlətin çiyinlərinə düşdü. Deputatın sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, hökumətin müəyyən sosial tədbirlər həyata keçirməsi xüsusilə ürəkaçandır:
“Həmin tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. İşsiz qalanlara dövlət tərəfindən 190 manat vəsait verildi.
Heydər Əliyev Fondunun xətti ilə ərzaq yardımları paylandı. Qısa müddətdə tibbi maska, tibbi spirt istehsal edən fabrik və zavod, modul tipli bir neçə xəstəxana istifadəyə verildi.Xaricdən avadanlıqlar alınıb gətirildi. Dövlət özündən asılı olan hər şeyi edib və edir. Ancaq çox şey vətəndaşın davranışından asılıdır. Məsuliyyətsiz hərəkətlər şəraiti daha da ağırlaşdıra bilər.
Vəziyyətin belə davam etməsi büdcədə çətinliklər yaradar. Büdcəyə vergi daxilolmaları azalır. Bu gün insanlar yas yerinə gedə bilmirlər, övladlarına toy edə bilmirlər.
Bu məsələləri adamlar göz önünə almalı, tələblərə- tibbi maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyena qaydalarına riayət etməlidirlər. Beləliklə, ilk növbədə öz sağlamlıqlarını qorumalıdılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya