Düşmənin manevr imkanı yoxdur ! – “Ya gedəcəklər, ya da...”
Fidan Həmişəyeva
11:59 17.11.2020
Cəmiyyət
582
“...Toraqlarımızı boşaltmasalar, ordumuz ərazilərimizi azad edəcək”
“Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq”
Ağdamda Rusiya sülhməramlıları ilə erməni silahlı qüvvələri arasında atışma baş verib. Bu barədə Rusiyanın “Teleqram” kanalları xəbər yayıb. Bildirilir ki, erməni silahı birləşmələri təslim olmaqdan və ərazini verməkdən imtina edirlər. Separatçıların lideri Arayik Arutyunyan və bir neçə erməni hərbi hissə komandirləri bu barədə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparıb. Onlar Paşinyanın imzaladığı kapitulyasiyanı tanımadıqlarını və döyüşməyə davam edəcəklərini bildirirlər. İddialara görə, hətta, rus sülhməramlıları ilə erməni hərbi birləşmələri arasındakı döyüş nəticəsində 4 sülhməramlı və 18 erməni ölüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı Rusiya prezidenti Vladimir Putinə şikayət edib. O, V.Putinə zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, - deyərək kömək istəyib.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.
Proseslərlə bağlı hərbi ekspert Emin Həsənli fikirlərini “Sherg.az”la bölüşüb. Ekspertin fikrincə, Paşinyan dediklərində səmimi deyil. O, hər zaman danışıqlardan yayınmaq üçün hiyləgər oyunlardan istifadə edib. E.Həsənli qeyd edib ki, düşmənin torpaqlarımızdan çıxmaqdan başqa çarəsi yoxdur:
“Onların bütün tarixi və mədəniyyəti yalan olduğu kimi, siyasətləri də yalandır. Ermənilər cəbhədə nə qədər zəif olduqlarına baxmayaraq, yalan danışmaqda çox güclüdürlər. İstəsələr də, istəməsələr də üçtərəfli bəyannamənin şərtini yerinə yetirməlidirlər. Başqa yol yoxdur. Bəyannamədə V.Putinin də imzası var. Rusiya beynəlxalq aləmdə özünə hörmət edəcəksə, bəyanatın icrasını sona qədər yerinə yetirməlidirlər. Rusiya üzərinə öhdəliklər götürüb. Ona görə də bəyannamənin tam yerinə yetirilməsinə birbaşa cavabdehdir”.
Ekspert vurğulayıb ki, Rusiya sülhməramlıları artıq bölgədədirlər. Onların da missiyası iki xalq arasında sülhü təmin etməkdir:
“Məlumdur ki, Rusiyanın əsas öhdəliyi Ağdam, Kəlbəcər və Laçından erməniləri çıxarılmasıdır. Təəssüf ki, ermənilər ərazilərimizi yandırırlar. Amma bunun yeganə müsbət tərəfi odur ki, bu günə qədər törətdikləri cinayətləri guya müharibə zamanı olmuş kimi təqdim edəcəkdilər. Lakin indi bütün dünya onların iç üzünü görür. Hər kəs bilir ki, ermənilər necə xalqdır. Düşmən Azərbaycan Ordusunun gücünə bələddir. Məsələ bir neçə gün uzansaydı, mühasirəyə düşüb məhv olacaqdılar. Təslim olublar, bəyannaməni imzalayıblar və üç rayonu boşaltmalıdırlar. Boşaltmasalar, ordumuz torpaqlarımızı azad edəcək”.
E.Həsənlinin sözlərinə görə, vətəndaşlarımızın bəzi narahatlıqları var:
“Birincisi, inamın olmamasıdır. Bunu anlamaq olar. Çünki illərlə danışıqlar gedib və hansısa nəticə əldə edilməyib. Lakin indi situasiya fərqlidir, ordumuzun gücü hər kəsə bəllidir. Digər narahatlıq isə ermənilərin yeni texnika əldə edib güclənməsidir. Vətəndaşlarımızın ikinci narahatlığına o qədər də əsas yoxdur. Hansısa texnika əldə etsələr, ordumuz onu darmadağın edəcək. Vaxtında ağıllarını başlarına yığmadılar deyə aqibətləri belə oldu. İndi də eyni səhvi edirlər. Baş verənlərdən nəticə çıxarıb, torpaqlarımızdan çıxmayacaqlarsa, Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm