Ermənilərin Azərbaycana qarşı 1165 saylı qətnamə istəyi
Fidan Həmişəyeva
09:49 08.10.2020
Cəmiyyət
835
"ABŞ Konqresində belə bir qətnamənin müzakirəsi yolverilməzdir"
Ermənilər ABŞ Konqresi Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycan əleyhinə 1165 saylı qətnaməni müzakirəyə çıxarıblar.
Rəsmi məlumatlara görə, bu işə Konqresin Erməni qrupunun həmsədri, Kaliforniyadan olan erməni deputat Karen Lorraine CJackie Speier rəhbərlik edir.
Bu xanım erməni genosidi aktının həmsponsoru olub. Jackie Speier təqdim edəcəyi 1165 qətnaməyə nümayəndələr palatasının 46 üzvündən dəstək imzası alıb.
Danılmaz faktdır ki, Ermənistan Azərbaycana qarşı işğalçı və təcavüzkar niyyətlərini beynəlxalq aləmdə, o cümlədən ABŞ Konqresində tanıtmaq üçün hər cür vasitəyə əl atır. Erməni lobbi qrupları tərəfindən Azərbaycan və Türkiyəyə qarşı qərəzli münasibət və 1165 saylı qətnamə layihəsi buna sübutdur. Ümid edirik ki, ABŞ Konqresi təklif olunan qətnamə layihəsini rədd edərək, ölkəmizlə strateji əməkdaşlığa sadiqliyini göstərəcək.
Qətnamə layihəsinə dair “Sherg.az”a danışan millət vəkili Məlahət İbrahimqızı söyləyib ki, Minsk Qrupunun həmsədrlərindən biri olan Amerikanın Nümayəndələr Palatasında belə bir qərarın müzakirə edilməsi xoşagələn deyil.
Onun sözlərinə görə, Amerika Minsk Qrupunun həmsədrlərindən biri olduğu üçün tərəf saxlamamalıdır. M.İbrahimqızı vurğulayıb ki, Amerika Azərbaycana strateji müttəfiq olan ölkələrdən biridir:
“Azərbaycan hər zaman Amerikanın strateji müttəfiqliyinə cavab verib və bunu yüksək səviyyədə həyata keçirib. 11 sentyabr hadisələrində antiterror koalisiyasına qoşulan ilk ölkədən biri Azərbaycan idi. Bu gün xalqımız və dövlətimiz erməni terrorundan əziyyət çəkir. Ona görə də ABŞ Konqresində belə bir qətnamənin müzakirəsi yolverilməzdir.
Azərbaycan enerji layihələrində ABŞ-la sıx əməkdaşlıq edir. Bunu bütün dünya bilir. Azərbaycan nəqliyyat-logistika məsələlərində Amerikanın ən yaxın tərəfdaşlarından biridir”.
Millət vəkili hesab edir ki, Nümayəndələr Palatasına çıxarılan qətnamə Amerikanın dövlət siyasətindən qaynaqlanan məsələ deyil:
“Məlumdur ki, Amerika dünyanın ən güclü erməni lobbisinin olduğu bir ölkədir. Şübhə etmirəm ki, bu qətnamənin gündəmə gəlməsində Amerikadakı erməni lobbisinin güclü fəaliyyəti olub”.
Deputatın fikrincə, qətnamə Nümayəndələr Palatasında qəbul olunmayacaq:
“Azərbaycan Amerika ilə antiterror koalisiyasından tutmuş, enerji layihələrinə qədər bütün məsələlərdə Amerikanın etibarlı tərəfdaşıdır. 46 nümayəndənin bu qətnaməyə qoşulmasına gəlincə, əminəm ki, onlar erməni lobbisinin təzyiqi altındadırlar. Həmin ölkələrdə erməni lobbisinin dayaqları güclüdür. Buna imkan verməməliyik, səsimizi uca çıxarmalıyıq.
ABŞ-da yaşayan azərbaycanlılar, eləcə də diplomatik korpusumuz bu məsələyə ciddi nəzarət etməlidirlər. Qətnamənin qəbul olunmaması üçün əlimizdən nə gəlirsə, etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya