"Ermənistan itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq" - MN
07:48 21.07.2020
Cəmiyyət
662
“İyulun 12-də Tovuz istiqamətində düşmən mövqelərimizi ələ keçirməyə cəhd edib”.
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, öncə yüngül, faha sonra isə ağır silahlardan, artilleriyadan istifadə etməklə hücum cəhdi olub: “Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayan məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Ermənistan tərəfi itkiləri gizlədir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.
V. Dərgahlı nəzərə çatdırıb ki, düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual