“Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu” - Hikmət Hacıyev
07:27 21.07.2020
Cəmiyyət
640
“Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.
APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı: “Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın atəş məntəqələri qəsdən yaşayış məntəqələrinin içərisində yerləşdirilib: “Bununla da mülki obyektləri hədəfə çevirməyə çalışırdılar. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində bu niyyət də baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən kritik infrastrukturların hədəfə alınması nəzərdə tutulmayıb. Ancaq Ermənistan Azərbaycan ərazisindəki kritik infrastrukturların hədəfə alınmasını nəzərdə tutduqlarını bəyan ediblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual