Ermənistan qadınları niyə düyüşə cəlb edir? – Qaçan kişiləri...”
Fidan Həmişəyeva
12:44 06.10.2020
Cəmiyyət
690
“Düşmən ordusundan qaçan əsgərlər var. Ona görə qadınları döyüşə cəlb edirlər”
“Erməni qadınları döyüşə qatılsa da, qatılmasa da artıq Ermənistan ordusu tükənib”
Döyüş meydanında məğlubiyyətlə üzləşən və şəxsi heyət baxımından ciddi itkilərə məruz qalan Ermənistan çıxılmaz duruma düşüb. Artıq itirilmiş hərbçilərin yerini doldura bilmədiklərini görən Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb. Paşinyan bu dəfə son bir il ərzində ordu sıralarından tərxis edilmiş hərbi qulluqçuların ümumi səfərbərliyini elan edib.
Ermənilər döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikasında xeyli sayda itki verib. Bu baxımdan artıq erməni qadınları orduya yazılıblar. Belə görünür ki, qadınların ardınca döyüşə ahıl yaşında olan qocalar düşmənin son ehtiyat qüvvəsi olacaq.
Düşmən ölkədəki bu durumla bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının fikrincə, ermənilər yəqin ki, məqsədli şəkildə qadınları cəbhəyə cəlb edirlər ki, fərarilik edib qaçan əsgərləri saxlaya bilsinlər. Onun sözlərinə görə, düşmən ordusundan qaçan əsgərlər var. Ona görə qadınları döyüşə cəlb edirlər:
“Erməni qadınları döyüşə qatılsa da, qatılmasa da artıq Ermənistan ordusu tükənib. Bəllidir ki, Azərbaycan ordusunun önündə dura bilmirlər, ordan-burdan yardım istəyib yalvarmaqla məşğuldurlar. Lakin düşmənin səsinə səs verən yoxdur. Beynəlxalq hüquq Azərbaycanın yanındadır, ölkəmiz haqlı olaraq öz torpaqlarımız ərazisində düşmənlə mübarizə aparır.
Düşmən isə Suriyadan, Liviyadan gətirdiyi terror qurplaşması ilə iş birliyi edərək onları Qarabağ torpaqlarına yerləşdirib, Azərbaycana göz dağı vermək istəyirlər. Elə bilirlər ki, heç vaxt torpaqlarımıza qayıtmarıq. Bu gün torpaqlarımızı terror və Ermənistan silahlı qüvvələrindən təmizləyirik. Buna haqqımız da var”.
T.Rüstəmxanlı qeyd edib ki, ordumuz ən ağır müharibədə belə düşmənin dinc əhalisinə toxunmur:
“Amma onlar Gəncəni, Tərtəri, Bərdəni və Mingəçeviri atəşə tuturlar. Bu da düşmənin hansı xislətdə olduğunu göstərir. Bütün bunlar bir daha göstərir ki, türk millətini soyqırımında günahlandıran ermənilərin elə özləri soyqırımı edirlər.
Dünyada yaşayan türklərin mənəvi dəstəyi bizə yetərlidir. Ordumuz güclüdür, Azərbaycanın igid oğulları var və xalqımızın özü savaşır. Cənab Prezidentin şüarın illər boyu millətin yaddaşından silinməyəcək. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!. Biz sadəcə torpağımızı işğalçılardan təmizləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya