Evsizlər ruhi xəstəxanalara qapadılacaq
10:23 28.04.2025
Cəmiyyət
555
Böyük qalmaqal doğuran "təmizlik" planı hazırdır
Amerikanın aparıcı qəzetlərindən "The Washington Post"un xəbərinə görə, ABŞ hökuməti artmaqda olan evsiz əhalini nəzarət altına almaq üçün yeni və qalmaqallı bir planı həyata keçirə bilər.
Sherg.az xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi son vaxtlar evsiz probleminə dair işlərini intensivləşdirib və evsizlərin zorla ruhi xəstəxanalara yerləşdirilməsi məsələsini də gündəmə gətirib.
Bununla yanaşı, evsizlərin ölkənin müxtəlif bölgələrində qurduğu açıq düşərgələrin dağıdılması üçün də tədbirlərə başlanılıb.
Tramp administrasiyası hazırda ölkə üzrə evsiz düşərgələrini təmizləmək və ruhi xəstəlikdən əziyyət çəkən şəxsləri razılıqları olmadan xəstəxanalara yerləşdirməyin yollarını axtarır.
Bu addım, Tramp rəhbərliyinin evsizləri ictimai həyatdan daha aqressiv şəkildə silmək vədini yerinə yetirdiyinin göstəricisi hesab olunur.
Ədliyyə Nazirliyi evsizlik və ruhi xəstəliklərlə bağlı problemlərə resursların daha effektiv yönləndirilməsi üçün 8 sualdan ibarət bir e-poçt hazırlayıb.
Bu suallardan biri belədir:
"Ədliyyə Nazirliyi, ciddi ruhi xəstəlikdən əziyyət çəkən və başqa cür qayğı qəbul etməyəcək şəxsləri razılıqları olmadan xəstəxanaya yerləşdirmək üsulunu daha çox istifadə etmək üçün nə edə bilər?"
Bundan əlavə belə bir sual da verilib:
"Ədliyyə Nazirliyi, boşboşuna gəzən insanların ictimai məkanlardan uzaqlaşdırılması və toplanması yolu ilə nizamı təmin etmək və resurslardan daha səmərəli istifadəni daha effektiv necə həyata keçirə bilər?"
"The Washington Post"un məlumatına görə, bu aqressiv tədbirlərin hazırda dövlət binalarında müzakirə olunması belə, Donald Trampın əvvəlki administrasiyaların məskunlaşma siyasətlərindən kəskin şəkildə uzaqlaşdığını göstərir.
Amerikanın ən böyük problemlərindən biri olan narkotik asılılığı son illərdə yüz minlərlə insanın həyatına son qoyub. Tramp administrasiyası və bəzi Respublikaçı rəsmilər isə, fentanil asılılığı məsələsində ölkənin evsiz əhalisini günahlandırır.
ABŞ-nin Kaliforniya ştatında Respublikaçı Partiyadan olan Reks Parris bələdiyyə şurasının toplantısında evsizlik problemi müzakirə edilərkən belə deyib:
"Mən onlara yalnız pulsuz fentanil vermək istəyirəm. İstədikləri qədər fentanil onların olsun."
ABŞ Prezidenti Tramp dövlət fondlarında da köklü dəyişikliklərə imza atıb və evsizliklə mübarizə üçün ayrılan maliyyə vəsaitində böyük ixtisarlar edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ixtisarlar küçələrdə yaşayan insanların sayını daha da artıra bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat